Azərbaycanda 2015-ci ildə 96 079 psixi xəstə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub
Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, əhalinin hər 100 000 nəfərinə 1002,3 psixi xəstə düşür.
Rəsmi məlumata görə, 2014-cü ildə 102 807 psixi xəstə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub.
Ötən il ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı isə 5 107 nəfər olub. 2014-cü ildə isə bu rəqəm 4 276 nəfər olub.
pia.az