Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakıdan “DQR” “prezidenti”nin ABŞ səfərinə reaksiya



Azərbaycan Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikası "prezidenti"nin Fransa və ABŞ-a səfərinə münasibət bildirib


Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ans press-ə açıqlamasında sözügedən ölkələri bu cür məsələlərə adekvat münasibət bildirməyə çağırıb.

XİN rəsmisi qondarma rejimin nümayəndələrinin belə əməllərdən çəkinməsi üçün lazımi addımlar atılmasının vacib olduğunu vurğulayıb: "Məlum olduğu kimi, Ermənistan tərəfindən beynəlxalq səviyyədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviq olunması istiqamətində siyasət aparılır. Təcrübə göstərir ki, belə hallarda qondarma rejimin nümayəndələrinə Ermənistan tərəfindən pasportlar verilir. Bununla da qarşı tərəf yanlış məlumatlardırılır. Qondarma rejimi təmsil edən nümayəndələr Ermənistan Respublikasına aid olan pasportlar vasitəsi ilə xarici ölkələrə səfər edirlər. Bu səfərlər turistik xarakter daşıyır. Çünki heç bir halda belə səfərlər rəsmi xarakter daşımır. Qondarma rejimin nümayəndələri səfər zamanı rəsmi şəkildə qəbul olunmurlar".

Hikmət Hacıyevin sözlərinə görə, qondarma rejimi təmsil edən nümayəndələrin səfər etdikləri ölkələr məsələyə adekvat münasibət bildirilməlidir: "Onların bu səfərlərdən çəkindirilməsi istiqamətində lazımi addımlar atılması çox vacib haldır. Biz o dövlətləri məsələlərə adekvat münasibət bildirməyə çağırırıq".

Qeyd edək ki, qondarma rejimin nümayəndələri bu yaxınlarda Fransa və ABŞ-a səfər ediblər Səfər çərçivəsində bir sıra mərasimlərdə iştirak edən nümayəndələr bir sıra görüşlər də keçiriblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar