Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi qəzetdə böyük saxtakarlıq – Nazirin adından yazı dərc olunub



Təhsil Nazirliyi “Respublika” qəzetində təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu göstərilən yazıyla bağlı məlumat yayıb

 Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib.

Təhsil Nazirliyinin mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.

51724_866h1r5f301477562470
“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov isə Modern.az-a deyib ki, bu, rəsmi müraciət əsasında hazırlanan məqalədir:

“Bu məqalə bizim sifarişimiz və xahişimizlə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar.

Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi heç?”.

Qəzet rəsmisi məqalədə nazirlə bağlı hər hansı neqativ məqam olmadığını bildirib:

“Nazir təhsilin inkişafı ilə, aparılan siyasətlə bağlı öz mülahizələrini danışıb. Əgər dəqiq öyrənmək istəyirsinizsə, cənab nazirin özündən soruşun. Onda əmin olacaqsınız ki, nazirin icazəsi olmadan biz bunu çap etmərik. Əgər məqalə nazirin adından çıxıbsa, deməli 100 faiz Mikayıl Cabbarovun məsələdən xəbəri var”.

1477561362_14601069_1286705248067339_2055427833983683093_nb

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar