Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Restoranlar toy qiymətlərini qaldırdılar


Devalvasiyanın hökm sürdüyü bir vaxtda üstəlik qazın və elektrik enerjisinin qiyməti də qalxıb


Bazarlarda, marketlərdə isə məhsulların sadəcə üzünə baxmaq kifayətdir. Çünki qiyməti baha olan malları əldə etməyə pul çatmır.

Toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar  güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma  restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.

Daha ətraflı məlumat əldə etmək üçün Modern.az saytı bir neçə restoranla əlaqə saxlayıb.

“Hollivud” şadlıq sarayında toy etmək istəyənlər azalıb.
“Son aylarda toy etmək üçün müraciət edənlərin sayında azalma var. Əvvəllər hər gün restoranımızda toy olurdusa, indi əksinədir. Ona görə də menyuda qiymət artımı etmişik”.

“Su sonası” şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir.
“Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək sonumuz necə olur”

“Versal” sarayında da eyni vəziyyətdir.
“Əvvəllər restoranımızda toy edənlərə güzəştlərimiz olurdu. Ölkədəki bahalaşmadan sonra həmin güzəştləri ləğv etdik. Toy etmək istəyənlər azalıb. Bu da bizim restoranımıza təsirsiz ötüşməyib”.

“Monte Karlo” şadlıq sarayında da qiymətlər qalxıb.
“Menyuda qiymət artımı etmək fikrindəyik. Bütün şadlıq saraylarında əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Toy etmək istəyənlər azaldıqca, restoranları əvvəlki qiymətlərlə idarə etmək çətinləşir”.

“Neolit” şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb.
“Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən.  Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ən çox oxunanalar