Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev Ukrayna və Azərbaycandan yazdı


ACP lideri Rəsul Quliyev öz facebook səhifəsində Ukraynadakı və Azərbaycandakı duruma dair öz fikirlərini paylaşıb



Onun "Bir daha Ukrayna haqqında" başlığı verdiyi qeydlərini olduğu kimi, sadəcə, xırda korrektələrlə oxucularımıza təqdim edirik.

***

İlk növbədə biz "ukraynalılar niyə belə ehtirasla Avropa İttifaqına daxil olmaq istəyirlər" sualının cavabını düzgün anlamalıyıq. Ukrainanın baş naziri Azarovun çıxışı primitiv və xalqı alçaldan çıxışdır. Onun dediyindən belə çıxır ki, ukraynanılar sərbəst gediş-gəliş üçün Avropa İttifaqına girmək istəyirlər, başqa cəlbedici məqsəd yoxdur. Belə bir iddianın irəli sürülməsi ən azı yekəbaşlıqdır. Avropa İttifaqına 1992-ci ildən 8 keçmiş sosialist lagerindən və 3 Sovet İttifaqından çıxmış Avropa ölkələri daxil olublar.

Son 20 ildə Avropa İttifaqına daxil olan ölkələrin siyasi, iqtisadi və hüquqi vəziyyətləri köklü surətdə yaxşılığa doğru dəyişib. İnsanların maliyyə imkanlarını xarakterizə edən adambaşına illik məhsul istehsalı bir neçə dəfə artıb və bu gün İttifaqa daxil olmamış RF, Azərbaycan və başqa ölkələrdən bir neçə dəfə yuxarıdır. SSRİ dağılanda Ukrayna yeni müstəqil ölkələr arasında ən qüdrətlisi idi. Bu gün Ukrayanın iqtisadi durumu Polşa və Baltikyanı respublikalandan bir neçə dəfə aşağıdır. Çünki Avropa İttifaqına daxil olan ölkələrin hamısı Avropanın investisiyası və texnologiyası hesabına dünya standartlarına uyğun məhsullar istehsal edir və bazara çıxarırlar. Hələ də köhnə sovet texnologiyası ilə məhsul istehsal edən Ukrayna mallarını ancaq keçmiş sovet respublikalarına, xüsusilə RF -na ucuz qiymətə satır.
Avropa İttifaqına girmək Ukrayna xalqına nə verir?
Siyasi həyatında

1. Dövlət orqanları aşağıdan tutmuş yuxarıya qədər insanlar tərəfindən formalaşdırılır. Hər kəs seçkiləri saxtalaşdırmaqdan məhrum edilir.
2. Məhkəmələr müstəqil və aşağıdan yuxarı xalq tərəfindən seçilir və tərəf tutmaq imkanlarından məhrum edilir.
3.İnzibatı orqanlar əsas olmadan heç kimi həbs edə bilməz və sair.

İgtisadiyyatda

1.İnsanların fəaliyyətinin hökümət orqanlarından asılılığı minumuma çatdırılır.
2.Hökümətin istər kiçik, istər böyük, istərsə də orta biznesin işinə qarışması qanunlarla köklü şəkildə məhdudlaşır.

Hüquqi sahədə

1.Təhsil ,səhiyyə sistemində uşaqların valideynlərinin varlı olmasından asılı olmayaraq hamısı üçün eyni şəraitin yaradılması.
2.Vətəndaşların azı 50 ölkəyə heç bir viza məhdudiyyəti qoymadan gedib-gəlməsinə imkanın yaranması.

Artıq 17 gündür mənfi temperaturlu, qarlı Kiyevin və başqa şəhərlərin mərkəzlərində mitinqlər keçirən ukraynalılar, görünür ki, mənim yuxarıda yazdıqlarımı yaxşı bilirlər və öz gələcəkləri uğrunda mübarizə aparırlar. Ölkənin əhalisinin ən azı 70 faizi Avropa ittifaqını istəyir. Hətta prezident Yanukoviçin Kiyevə pulla gətirdiyi insanların da şüarları "biz Avropa İttifaqını istəyirik, ancaq tələsməyək"dir.

Azərbaycanı bu günkü vəziyyətinə görə heç Ukrayna ilə də müqayisə etmək mümkün deyildir. Azərbaycan hətta keçmiş sovetlərdən çıxan respublikalara, o cümlədən RF-na satmaq üçün heç bir məhsul istehsal etmir. Azərbaycanın satdığı yeganə produkt neft və qazdır. Onu da xaricilər yerdən çıxardır və nasosları, kompressorları və tikdikləri trubalarla xaricə göndərirlər. Ümumiyyətlə, ölkədə istehsal yox dərəcəsindədir. Həyat səviyyəsinə görə ən aşağı səviyyədədir. Türkmənistan və Ermənistandan başqa yerdə qalan ölkələrin hamısında işləyirlər və orada yaşamaqlarından məmnundular, nəinki vətənləri Azərbaycandan.

Azərbaycanlıların nə istədiyini başa düşmək çox çətindir. Xüsusilə özlərini lider adlandıranların. Hökümətdə işləyənlər Azərbaycanı bir nömrəli inkişaf edən ölkə adlandırır. Müxalifətdə olanlar özlərinin fədakarlığını sözün əsl mənasında aşıqlar kimi tərənnüm edirlər. Azərbaycanda qiymətlər qaldırıldı. MŞ heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəldi. Çox güman onun istədiyi yerdə icazə verilməyəcəyinə ümid edirdi. Hökümət onların axırına çıxmaq üçün icazə verdi və 500 -600 nəfərlə başlanan mitinq 30 dəqiqədən sonra 300 adama kimi azalmışdı, ona görə də tələm-tələsik yekunlaşdırdılar.

İndi belə bir uğursuzluqdan sonra bu insanlar "nə üçün belə alındı" sualını özlərinə verəcəklərmi? Xeyr. Onlar təqribən "belə bir havada bu qədər adam gəlmişdisə, deməli, hamı hökümətdən narazıdır" deyəcəklər. Bu ``liderlərə`` "insanlar sizə inanmadıqlarına görə mitinqə gəlmirlər"i necə başa salmaq olar, bilmirəm. Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddia edir. Yəni üst-üstə 30 min. Soruşmaq lazımdır: hanı o üzvülər, onların heç olmazsa 10 faizi gəlsəydi 3 min olardı. Bir sözlə, Azərbaycan cəmiyyəti sözün əsl mənasında ağır vəziyyətdədir. Bu vəziyyətin yaranmasında ikinci skripkada həmin bu liderlər oynayır.

Hər bir azərbaycanlı torpaqlarımızın müqəddəs olduğunu qeyd edir. Ancaq onlara "Azərbaycanda demokratik seçkilər olmayınca torpaqların azad olmasından söhbət gedə bilməz"i başa salmaq mümkün deyildir. Əgər başa düşürlərsə niyə öz hüquqları uğrunda mübarizə aparmırlar. Niyə torpaqlarımıza müqəddəs deyirlər.

Mən bilmirəm hansı kataklizm biz azərbaycanlıları qəflət yuxusundan ayılda bilər. Bu gün azərbaycanlıların başının altına yastıq qoyan , xalqın azadlığı uğrunda mübariz apardığını gözə soxmaq istəyən bu günkü müxalifət liderləridir. Onlardan xilas olub yeni qurumlar yaratmaq çox vacibdir".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar