Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyevin Bakıdakı 1 nömrəli adamı həbs olunub


2 milyonluq əmlakı əlindən alınıb


Eks-spiker Rəsul Quliyevin yaxın dostu və Bakıdakı ən sadiq adamı Fərəməz Cavadov həbs olunub.

Bu barədə “AzPolitika”ya F.Cavadova yaxın mənbələrdən məlumat daxil olub. F.Cavadov barəsində Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

Feremez c

Bizə verilən məlumata görə, Rəsul Quliyevin Bakıdakı 1 nömrəli adamı mülk mübahisəsinə görə həbsə atılıb. Mübahisənin təfərrüatları tam bəlli deyil. Lakin deyilənə görə söhbət özgəyə məxsus, təxminən, 400 min manatın mənimsənilməsindən gedir.

 Xeyli vaxtdır məhkəmələrdə araşdırılan bu iş F.Cavadovun həbsi və onun Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən bir neçə milyonluq obyektinin əlindən alınması ilə nəticələnib. Siyasətlə maraqlananlar söhbətin hansı obyektdən getdiyini xatırlayarlar. Vaxtilə qaynar siyasi hərəkatın məkanlarından biri olan və bir neçə hektar qiymətli ərazidə yerləşən bu obyektin hətta Rəsul Quliyevin özünə məxsus olduğu haqda da iddialar olub. Hazırda üzərində bir neçə tikili – 2 və 3 mərtəbəli binalar və bir neçə avtotəmir sexi olan ərazinin yeni sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, F.Cavadov vaxtilə Rəsul Quliyevin direktoru olduğu neftayırma zavodunda işləyib, o vaxtdan aralarında dostluq münasibətləri yaranıb. R.Quliyev Azərbaycanı tərk etdikdən bir müddət sonra F.Cavadov da işindən uzaqlaşdırılıb. Eks-spiker ADP-yə həmsədr seçiləndən sonra F.Cavadov bu partiyanın Xətai Rayon Təşkilatına rəhbərlik etməyə başlayıb. bu fəaliyyətinə görə F.Cavadov 2000-ci illərin əvvəllərində də həbs olunmuşdu.

F.Cavadovun indiki həbsində siyasi motivin olduğu istisna olunur. Lakin maraqlıdır ki, 400 min manatlıq borc qarşılığında F.Cavadovun əlindən alınan mülkün qiyməti azı 2 milyon manat təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar