Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyevin sadiq silahdaşlarından biri vəfat edib


Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, keçmiş siyasi məhbus Natiq Əfəndiyev vəfat edib


“AzPolitika.info”nun məlumatına görə, bu barədə eks-spiker Rəsul Quliyev məlumat verib.

Azərbaycanın azadlığı uğrunda mübarizənin həmişə ön cərgəsində olan əziz dostum Natiq Əfəndiyev dünən qəfildən yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Bu ağır kədəri onun ailə üzvləri, yaxınları, dostları və silahdaşları ilə bölüşürəm. Biz onu heç vaxt unutmaycağıq!” – R.Quliyev bugünkü “Facebook” postunda yazıb.

N.Əfəndiyev Rəsul Quliyevin sadiq tərəfdarlarından biri idi. 1996-cı ildə R.Quliyevə görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verən N.Əfəndiyev Türkiyəyə mühacirət etmiş, 2000-ci ilin yanvar ayında burda həbs olunaraq Azərbaycana ekstradisiya olunmuşdu.

Məhkəmə onu ömürlük həbsə məhkum etsə də, 2005-ci ildə mart ayında əfv fərmanı ilə həbsdən azad olunmuşdu. Lakin N.Əfəndiyev bir qədər sonra yenidən həbsə atılmışdı. 2010-cu ildə həbsdən çıxdıqdan sonra siyasətdən uzaqlaşan N.Əfəndiyevin ABŞ-da ailəsinin yanında yaşadığı bildirilirdi. 

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar