Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Riqa sammitinin yekun Bəyannaməsində Azərbaycanla bağlı müddəalar


Cənubi Qaz Dəhlizinin reallaşması, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri layihələrinin həyata keçirilməsində Azərbaycanın xüsusi rolu vurğulanıb


"Şərq tərəfdaşlığı" sammiti iştirakçıları regiondakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tez bir zamanda həllinin vacibliyini qeyd ediblər.

APA-nın verdiyi məlumata görə, bu barədə "Şərq tərəfdaşlığı" proqramının Riqa sammitinin 30 maddədən ibarət yekun Bəyannaməsində deyilir.

Bəyanata əsasən, münaqişələrin həlli, etimadın və yaxşı qonşuluq münasibətlərinin qurulması iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir: "Sammit iştirakçıları Avropa İttifaqının stabilliyi və etimadın qurulmasını təşviq etmək sahəsindəki töhfəsini dəstəkləyib və Aİ-nin bu işlə daha güclü məşğul olmasının vacibliyini vurğulayıb. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə,  o cümlədən prezidentlər səviyyəsində görüşlərə və onların 2009-cu il bəyanatlarına dəstəklərini bir daha ifadə ediblər".

Sammit iştirakçıları iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözlədiklərini bildiriblər.

Bəyannamədə enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təminatının diversifikasiyası məsələsində birgə maraqlar qeyd olunub. Cənubi Qaz Dəhlizinin reallaşması, Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin istifadəyə verilməsi istiqamətində Azərbaycanın və digər ölkələrin xüsusi rolu vurğulanıb.

Növbəti sammitin 2017-ci ildə keçirilməsi qərara alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar