"Real Madrid"li ulduz 6-7 il futbol oynaya biləcəyinə inanır
Futbol Portuqaliyalı ulduz Kriştiano Ronaldo futbolu buraxacağı tarixi açıqlayıb.
"Real Madrid"li ulduz daha 6-7 il yüksək səviyyədə futbol oynaya biləcəyinə inanır.
Tokioda təşkil edilən bir mərasimdə maraqlı açıqlamalar verən Ronaldo gələcək mövsümdən danışıb: "Tamamilə yeni mövsümü düşünürəm. Zədələrim sağalıb və özümü çox yaxşı hiss edirəm",- deyə Ronaldo bildirib.
"Real Madrid"də müvəffəqiyyətli bir mövsüm keçirdiyini ifadə edən portuqaliyalı yeni uğurlar qazanacağından əmin olduğunu söyləyib: "Bu mövsüm də 5-6 kubok qazanma şansına sahib olacağıq. Qollarımı atıb yenidən kubok sevinci yaşamaq istəyirəm".
(anspress)