Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev AFFA-da “at” oynadan bacıları işdən kənarlaşdırıb?


Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) “at” oynadan Xanım və Sevinc Hseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi


Əldə etdiyimiz məlumata görə, məsələ geniş şəkildə ictimailəşdiyindən bu, AFFA-nın prezidenti Rövnəq Abdullayevin də diqqətini cəlb edib.
 
Məsələyə kəskin etiraz edən AFFA prezidenti belə halların yolverilməzliyini, bunun AFFA kimi nüfuzlu bir qurumun imicinə böyük zərbə olduğunu bildirib. Bundan sonra o, məsələnin araşdırlmasına, bacıların işdən kənarlaşdırılmasına göstəriş verib.
 
Məlumata görə, bacılar məzuniyyət adı ilə işdən kənarlaşdırılıblar. Məlumatı dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.
 
AFFA rəsmisi  Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib.
 
“Mən hazırda məzuniyyətdəyəm. Səhv etmirəmsə, hazırda da onlar məzuniyyətdədir. Onların heç biri işdən azad olunmayıb. Məzuniyyətlərini tam başa vurduqdan sonra yenidən işə qayıdacaqlar”.
 
Qeyd edək ki,  bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da “at” oynatdığı barədə geniş məlumatlar yer almışdı.
 
Hətta bu xanımların - Xanım və Sevinc adlı bacıların qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu da qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA sanki bu hadisələr olmayıb kimi davrandı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar