Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev Rumıniyanın baş naziri ilə görüşdü - Foto


Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə davam etdiriləcəyinə əminlik ifadə olunub


Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti yüksək səviyyli görüşlər keçirib.

ANS PRESS-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də Rumıniyanın İqtisadiyyat Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti bu ölkədə səfərdə olub.

Nümayəndə heyəti Buxarestdə yerləşən Tei Parkı - Heydər Əliyev xiyabanında Azərbaycan xalqının ümummilli liderinin abidəsini ziyarət edib, onun xatirəsini ehtiramla yad edib. 

Sonra nümayəndə heyətinin Rumıniyanın yeni təyin olunmuş iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşü keçirilmişdir. Görüşdə Nazirliyin dövlət katibləri, müşavirləri, Rumıniyada neft və qaz sahəsində çalışan şirkətlərin prezidentləri, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbər və işçi heyəti iştirak ediblər. Konstantin Nitsa Rumıniya ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərdən söz açmış, ölkələrimizin uğurlarını qeyd edib. ARDNŞ-nin Rumıniyadakı səmərəli fəaliyyətini xüsusi vurğulayan nazir, şirkətin yanacaqdoldurma məntəqələrinin tikintisi ilə yanaşı gələcəkdə digər sahələrə maraq göstərəcəyinə ümid etdiyini söyləyib. O, Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması istiqamətində potensialın mövcud olduğunu diqqətə çatdırıb, Rumıniya hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq əlaqələrinin tarixindən, iki ölkə prezidentlərinin görüşlərindən danışıb. Rumıniyanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini qeyd edilib. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə Rumıniyanın göstərdiyi dəstək xüsusilə vurğulanıb. ARDNŞ-nin Rumıniyada fəaliyyətini genişləndirməsi üçün potensialın böyük olduğu nəzərə çatdırılıb, perspektivli istiqamətlər haqqında fikir mübadiləsi aparılıb. 

Azərbaycan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri Viktor Ponta ilə görüşüb. Görüş zamanı iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib, investisiya layihələri ətrafında müzakirələr aparılıb, rumın şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin Rumıniyada investisiya layihələrində iştirak etməsinin mümkünlüyü qeyd olunub. Baş nazir ARDNŞ-nin Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirib. Nümayəndə heyətimiz Azərbaycanın mövqeyini dəstəklədiklərinə və ölkəmizin həyata keçirdiyi layihələrə verdiyi qiymətə görə Rumıniya hökumətinə təşəkkürünü bildirib. Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə davam etdiriləcəyinə əminlik ifadə olunub. 

Görüşdən sonra nümayəndə heyəti ARDNŞ Rumıniya nümayəndəliyinin ofisində olmuş, qarşıda duran vəzifələr müzakirə edilib. Heyət həmçinin Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə tanış olub. 









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar