Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev açılış etdi


Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri "Bulla-dəniz" yatağındakı yeni istismara verilmiş 122 saylı stasionar dəniz özülündə qazılacaq 124 saylı birinci istismar quyusunun qazma dəzgahının işə salınma mərasimində iştirak ediblər


PİA.AZ ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə bildirilib ki, 2013-cü ilin noyabr ayından etibarən ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşasına başlanılan 122 saylı stasionar dəniz özülün tikintisi Şirkətin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib. İki hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olan özül hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə əlaqələndirilib.

Burada işçilərin rahat və təhlükəsiz çalışması üçün 100 nəfərlik müasir vaqon tipli məişət-yaşayış kompleksi tikilib, özül Amerika-Çin istehsalı olan ən müasir qazma avadanlıqları, 11 ədəd yanalma və minik meydanşası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilib.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 6 ədəd dizel elektrik generatoru və 1 ədəd köməkçi generator quraşdırılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. Özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma prosesi zamanı quyuların işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq. Özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. Gələcəkdə hasil olunacaq qaz və kondensatın təhlükəsiz nəqli məqsədi ilə ümumi uzunluğu 6 kilometr olan özüllərarası boru xətlərinin tikintisi nəzərdə tutulur.

Görülmüş işlərdən razılığını bildirən ARDNŞ-nin prezidenti R.Abdullayev yataqda qazılacaq 124 saylı birinci istismar quyusunda qazma dəzgahını işə salıb. ARDNŞ-nin prezidentinə məlumat verilib ki, layihə dərinliyi 6000 metr olan bu quyu Məhsuldar Qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədi ilə "Kompleks Qazma İşləri" Tresti tərəfindən qazılacaq. Qazma prosesi karbohidrogen əsaslı qazma məhlulundan istifadə etməklə ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsi ilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq.

ARDNŞ-nin pezidenti qazmaçılarla söhbət zamanı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirlir. O, ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan qaz hasilatı, qaz-nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar