Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev işçiləri üçün yeni yaşayış kompleksi tikdirir


“Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”


Azvision.az xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

O həmçinin vurğulayıb ki, bundan başqa mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün də şərait yaradılır: “Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığı, istirahəti, sosial-məişət məsələləri də daim diqqət mərkəzindədir. 2007-ci ildən indiyədək ev növbəsinə dayanmış 2000-dən artıq neftçi şirkətimizin inşa etdiyi yeni mənzillərlə təmin edilib.

Növbədə olan əməkdaşların yaşayış sahəsi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi yaradılıb, qısa müddətdə 3 bina inşa edilərək istifadəyə verilib. Daha 3 binada isə tikinti işləri davam etdirilir. Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq”, -deyə əlavə edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar