Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranski Türkiyədə Rusiyadan gələn killerlər tərəfindən öldürülüb - Fotolar - Yeniləndi


Avqustun 18-nə gecə İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyevin “Range Rover” markalı avtomobili killerlər tərəfindən gülləbaran edilib


PİA.AZ-ın Rövşən Lənkəranskiyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə məşhur avtoritet doğurdan da aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. İlkin məlumatlara görə killerlər Rusiyadan gəlib və Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqəli olduqları da istisna olunmur.

Qeyd edək ki, bir qədər əvvəl "Qafqazinfo"ya verilən məlumata görə də, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Xəbərə görə Rövşən Əliyevin 90 ND 011 dövlət nömrə nişanlı “Range Rover”i İstanbulun Beşiktaş səmtindəki oteldən çıxarkən yaxınlıqda pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə  yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Avtomobil otelin 10 metrliyində pusqu qurmuş killerlər tərəfindən atəşə tutulub, maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar. Hadisədən sonra bölgəyə çoxlu sayda polis səfərbər edilib, o cümlədən zirehli polis avtomobili təhlükəsizlik tədbirlərinə cəlb olunub.

Hadisənin baş verdiyi yerin yaxınlığında park edilmiş şübhəli avtomobil polislər tərəfindən araşdırılıb. Sürücü Florance Nightingale xəstəxanasına aparılıb və orada keçinib. Yaralı iş adamı Rövşən Əliyevin isə Şişli Etfal Xəstəxanasına aparıldığı bildirilir. Polis qaçan killerlərin axtarışına başlayıb.

Mənbələr məşhur avtoritetin Barbaros Bulvarı, Yıldız Küçəsində yerləşən oteldə “toplantıda” iştirak etdiyini bildirir. Ehtimal olunur ki, Rövşən Əliyev öz avtomobili ilə Azərbaycandan bu toplantıya qatılmaq üçün gedib. Hadisənin kriminal “razborka” olduğu ehtimalı var.

PİA.AZ-ın Rövşən Lənkəranskiyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə məşhur avtoritet doğurdan da aldığı yaralardan xəstəxanada dünyasını dəyiib. İlkin məlumatlara görə killerlər Rusiyadan gəlib və Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqəli olduqları da istisna olunmur. 

Digər bir mənbədən aldığımız məlumata görə isə İstanbulla əlaqə saxlamaq və məlumatı dəqiqləşdirmək hazırda mümkün deyil. Buna baxmayaraq Lənkəranskinin atışma zamanı vurulduğu dəqiqdir.

Rövşən Lənkəranskinin bioqrafiyası

Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.

İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.

2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

Son vaxtlar o, gah Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə mə.ğul olurdu. 

Bu yaxınlarda kriminal avtoritetlərin Ermənistanda keçiirlən toplantısında R.Lənkəranski haqqında ölüm hökmü çıxarılmışdı. (musavat.com)




pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar