Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranskinin qatili deyilən şəxsi tanıyın - Foto

Türkiyədə öldürülən Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən daha bir avtoritrtin fotosu üzə çıxıb. Qətldə 4 nəfər şübhəli bilinir. Bunlar qətl törədilən vaxt R.Lənkəranskinin olduğu avtomobilin sürücüsü Tahir Can, killerləri Hacıbaba Talıxxanlı (Beyləqanski), Zaur İ. və Vahid M-dir


Tutulanlardan Onlardan yalnız Hacıbaba Beyləqanskinin fotosu yayılıb.

Criminal.az saytı R.Lənkəranskinin qətlində şübhəli bilinən Vahidin fotosunu əldə edib. Həmin foto bu il yanvarın 21-də Türkiyədə Lənkəranskinin ad günü məclisində çəkilib. 

Xatırladaq ki, hadisə ilə bağlı Tahir C., Hacıbaba.T. ,Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb. Məlumata görə, polis tərəfindən aparılan istitaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir. 

Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış. 

Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstıxanada vəfat edib. Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi.  M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur. 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar