Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranskinin qətlə yetirilmə səbəbləri - Versiyalar

Beşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Beşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb


Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.
 
İddiaya görə, sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antalyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı saxlanılan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən daha bir Azərbaycan əsilli şübhəlini də göz altına aldığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.
 
Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antalyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislər həmin avtomobili müsadirə edib. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.
 
Digər tərəfdən, istintaqı dərinləşdirən polis Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Baxçaşəhərdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov ("Qoca" ləqəbli) öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına "Rövşən" adını pıçıldadığını deyib. İddialara görə, Rövşən yeraltı hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirilib. Rövşənin qətli üçün Həmidovun öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub.
 
Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanı Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir.(Ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar