Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhanilər siyasətə qarışarsa...

Günün xəbərləri içərisində diqqətimi iki qəribə xəbər çəkdi. Biri o idi ki, türkiyəli liderlər kütləvi aksiyalarda deyiblər, düşmən ölkələr bizdən İstanbulun fəthinin qisasını almaq istəyirlər


Digəri isə Səudiyyə Ərəbistanlı şeyxə aid idi, Şeyx Saleh bin Favzan son dövrlər ölkəsində insanların heyvanlarla, xüsusən də pişiklərlə selfi çəkməsinə qarşı olduğunu deyib.

Hər iki fikir ciddiyə alınacaq söhbət deyil. Bunların hər iki ikisi illərdir dəyişməyən və hələ də işlək olan manipulyasiya fəndləridir. Birində xarici düşməni böyüdüb insanların diqqətini başqa yerə yönəldir, digərində dini fanatizmdən istifadə eləyib gic-gic qaydalar, qadağalar qoyurlar. 

Xarici düşmən söhbəti ölkəmiz üçün də xarakterikdir. Bizdə də hakimiyyət Qarabağ məsələsindən ölkədəki problemləri ört-basdır etmək üçün istifadə edir. Amma türkiyəlilərin elədiyi daha qəribədir. Çünki hər cür fürsətdə bu düşmən amilini böyütməyə çalışırlar. Heç şübhə etmirəm ki, bir çox adam o tarixi də düz-əməlli bilmir. Bilsəydilər, "İstanbulu anlamaq üçün fəthin nə demək olduğunu bilməlisiniz" ifadəsini işlətməzdilər, yadlarına düşərdi ki, İstanbul üç gün türk ordusu tərəfindən talan edilib. İstanbulun tutulmasını biz ona görə fəth adlandırıq ki, türkük. Əgər qarşı tərəfdə olsaydıq, bunu işğal adlandıracaqdıq. 

Tarix günümüzün qayda-qanunları ilə mühakimə olunmur. O dövrdə dövlətlər ərazi tutur, zəif olanı məğlub edir, talanlarla məşğul olurdular. Çünki bunu etməsələr, digər dövlət güclənib eyni şeyləri onun ölkəsində eləyəcəkdi. Qənimət iqtisadiyyatın əsaslarından birini təşkil edirdi. Nə qədər çox ərazi tutulurdusa, o qədər çox sərvət əldə olunurdu, dövlət nə qədər genişlənirdisə, o qədər güclü olurdu. 

İstanbul başqasının şəhəri idi, türklərin əcdadı oranı tutub öz şəhəri eləyib. Əlbəttə, İstanbul da bizanslılar tərəfindən referendumla alınmamışdı. Artıq dünya qəbul eləyib ki, İstanbul türk şəhəridir, oranı dəyişdirmək qeyri-mümkündür. Yeni dövrün qayda-qanunları bunu birmənalı olaraq işğal sayar. Nə qisası, nəyin qisası?

Bəli, hələ də "gəmiləri qurudan keçirdik" romantikası ilə yaşayanları ovutmaq üçün gözəl taktikadır, amma tarix və bu gün açısından çox mənasızdır. 

Şeyxin söylədikləri isə tamamilə biabırçılıqdır. Deyir, pişiklə selfi çəkdirməyin. Adamın yadına bir cümlə düşür. Uyğur qocalarından biri müsahibəsində demişdi ki, "Çin bizi işğal eləyəndə, biz təsbehi sağ, yoxsa sol əllə çəkmək haqqında mübahisə edirdik". 
Qərb ölkələri inkişaf edir, gündə bir kəşf çıxarır, hər gün insanlıq üçün faydalı olan nələrsə icad eləyirlər. Vətəndaşlarının sosial təminatını yaxşılaşdırırlar, onların azadlıq imkanlarını artırırlar. Şeyxlər isə hələ də öz amplualarındadır. 

Bir dəfə də bir şeyx görək, desin ki, haram yeməyin, rüşvət almayın, zülmü dəstəkləməyin, diktatora qahmar çıxmayın, elmlə (həqiqi elm) məşğul olun, insanlığın xidmətində durun, başqalarına faydalı olmağa çalışın. Olmaz, qəti olmaz. "Saqqız çeynəmək orucu pozurmu" müzakirəsi daha maraqlıdır. Pişiklə selfi də həmçinin. 
Yazımı bu günlərdə xatırlanması vacib olan bir şəxsin, milli liderimiz M.Ə.Rəsulzadənin hər iki halla bağlı dediyi cümlələrlə tamamlamaq istəyirəm. 

"Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar