Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhaninin Bakı səfərindən gözləntilər



İran prezidentinin səfərindən hər iki ölkənin gözləntiləri var


  İran prezidenti Azərbaycana gəlməyə hazırlaşır.

 Azərbaycanın cənub qonşusunun səfərindən hər iki ölkənin gözləntiləri var.

Bu səfər Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir. Qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılması İranda il yarımdır ki, hakimiyyət başında olan Ruhaninin xarici siyasətinin əsas prinsiplərindən biridir.

İran prezidentinin 2014-cü ilin sonunadək Bakıya gəlcəyi hələ Azərbaycan prezidenti İlham Əliyev İranda olarkən razılaşdırılmışdı. Azərbaycanlı həmkarı ilə görüşən Həsən Ruhani iki ölkənin münasibətlərindən yüksək razılıq etmişdi. İlham Əliyevin İran səfərindən sonra siyasi ekspertlər də demişdilər ki, İlham Əliyevin hakimiyyəti dövründə iki ölkənin münasibətləri görünməmiş həddə yaxşılaşıb.

Prezidenti İlham Əliyevin İranda səfərdə olarkən bildirmişdi ki, qardaş İran torpağında olmağından çox məmnundur.

İndi növbə İran prezidentinindir. Həsən Ruhaninin Bakı səfərində də siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat və turizm kimi geniş sahələrdə əməkdaşlığın müzakirə obyekti olacağı gözlənilir. Həsən Ruhaninin Azəraycana səfərini şərh edən İran səfiri Möshsün Pak Ayin də söyləyir ki, qonşular arasında bizə ən yaxını azərbaycanlılardır. 

Zənnimcə, Həsən Ruhaninin prezidentliyi dövründə də iki ölkənin əlaqələri daha da inkişaf edəcək. Prezidentlərin əvvəlki səfərini izləyən siyasi şərhçi Bəhram Əmirəhmədi düşünür ki, Həsən Ruhaninin toxunacağı əsas məsələ viza sistemi, gediş-gəliş əlaqələrinin daha da yaxşılaşdırılması olacaq.

İranlı siyasi şərhçi Bəhram Əmirəhmədi deyir ki, ticarət sahəsində iki ölkə arasında alış-veriş çox yuksəkdir: “Amma bu sahədən biz çox faydalana bilmirik. Ona gorə bu istiqamətdə mövcud qanunlarda olan maneçilikləri aradan qaldırmaq lazımdır. Fikirmcə, səfər zamanı bu mövzular barəsində müzakirə aparılacaq. Bundan başqa İran ciddi şəkildə çalışır ki, enerji və tranzit sahəsində də Azərbaycanla əməkdaşlığı artırsın”. 

Azərbaycanın da İrandan gözləntiləri var. Rəsmi Bakı düşünür ki, ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Beləliklə, dövlət başçılarının dediyi kimi, Azərbaycanİran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur və səfərlərin sayı özlüyündə bir göstəricidir. 

Bu, Həsən Ruhaninin prezident kimi Azərbaycana ilk rəsmi səfəri olsa da, o, əvvələr Bakıda oulb. 20 ildən çox Ali Təhlükəsizlik Şurasının üzvü olan Ruhani Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycana gəlib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevİran Prezidenti Həsən Ruhaninin bu il ərzində indiyədək bir neçə dəfə görüşüb. İlham Əliyev Tehranda rəsmi səfəri isə aprelin 9-da gerçəkləşmişdi.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar