Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus faşizminin sırtıq demarşı


Hitler ötən əsrin 30-cu illərində Avropa üçün nə qədər təhlükyə çevrilirdisə, bu gün Putin bütün dünya üçün həmin təhlükəyə çevrilir


Ukraynada baş verənlərlərdən sonra beynimdə hər zaman bir fikir dolaşır. Əgər Azərbaycan öz maraqları çərçivəsində Rusiyaya qarşı hər hansı bir addımı atsa, erməni hərbi geyimində olan rus ordusu Bakıya qədər gələr və böyük insan qırğını ilə müşaiyət olunan dəhşətli cinayətlərdən qətiyyən çəkinməz. 

Bu zaman əmin olun ki, rus televiziyaları bütün Azərbaycan xalqını faşist elan edər və Lavrov hər kəsin üzünə çox sırtıq bir şəkildə rus ordusunun Azərbaycanda olmadığını, Azərbaycanın regionda gərginliyi artırdığını, buna görə də erməni ordusunun özünü müdafiə etdiyini bildirər.

Bütün bunlar hamısı bu gün Ukraynada baş verdiyinə görə, demək olar ki, belə bir ssenarinin Azərbaycanla da baş verməsini ciddi şəkildə diqqətə almamız gərəkir. Amma ortada anlaşılmaz olan bir rus məntiqi var. Daha doğrusu bizlər üçün anlaşılmaz olan və ruslar üçün tam anlaşılan bir rus məntiqi. Bu məntiq deyir ki, ruslara və Rusiyaya qarşı olan hər şey və hər kəs faşistdir. Ortada olan həqiqət isə odur ki, bu gün dünya rus faşizmi ilə birbaşa üz-üzə qalıb və təhlükə Birinci və İkinci Dünya Savaşlarında baş verənlərdən daha böyükdür.

Onlara qarşı olan hər şeyin və hər bir xalqın faşist olması məntiqini ruslar bu il 70 illiyini qeyd edəcəkləri Böyük Vətən Müharibəsində qazandıqları qələbədən sonra əldə ediblər. Hansı ki, o qələbəninin qazanılmasında bizim hamımızın atalarının birbaşa böyük əməyi və inanılmaz zilləti var. O, cümlədən bu gün faşist elan etdiklər ukraynaların da. Putinin hakimiyyətə gəlməsindən sonra isə Rusiya ideoloji maşını bir qayda olaraq ruslara qarşı olan hər bir sistemi faşist sistemi olaraq görür. Bu zaman özlərinin nə qədər böyük faşistə çevrildiklərini və Hitler Almaniyasından daha çox dünya üçün təhlükəyə çevrildiklərinin fərqinə belə varmırlar. 

Adi bir misal çəkəcəm. Bu günlərdə Ermənistanda rus əsgəri iki körpə də daxil olmaqla, bütün bir ailəni qətl etdi. Bundan sonra isə baş verənlər doğurdan ağıla və məntiqə sığmadı. Ermənilərin etirazlarına qəzəblənən rus mətbuatı bir anda erməniləri faşist elan etdi və Rusiyanın erməniləri Azərbaycandan qorumasını önə çəkdilər. Ermənilərə faşist damğasını vuranlar dünənə qədər erməniləri göyə qaldıran və azərbaycanlıları aşağılamaq üçün hər fürsəti dəyərləndirənlər idi. Bir anda vəhşicəsinə həyata keçirilən bir qətliama görə Rusiyaya etiraz edən ermənilər onlar üçün faşistə çevrildi. Bu rusların nə qədər şovinist və ən azından alman faşistləri qədər «faşist» olmalarının göstəricisi idi.

Rusların məntiqindən yanaşarsaq, Macarıstanda erməni zabitini öldürən Ramil Səfərov da Azərbaycanda mühakimə olunmalıydı. Amma hamımız bilirik ki, həmin dönəmdə məhz rus mətbuatı bütün imkanları ilə bağıraraq bizi vəhşi elan edirdi.

Hətta bir çox rus ziyalıları sosial şəbəkədə səhifə açaraq iki yaşlı və altı aylıq uşağı süngü ilə öldürən əsgər Permyakovu vicdan məhbusu elan etdilər. Təsəvvür edə bilirsinizmi, bir ailəni dəhşətli bir şəkildə öldürən bir əsgər vicdan məhbusu elan edilir. Ancaq ona görə ki, həmin şəxs rus idi. Əgər həmin hərbiçi ukraynalı olsaydı nə olacaqdı? Ya da azərbaycanlı? 

Və bu yerdə doğurdan rusların özlərinin davamlı olaraq reklam edib öyündükləri «rus ruhu» özü-özünü ortaya çıxarmış oldu. Yəni rus ruhu doğurdan bir işğalçı və sözün həqiqi mənasında bir «faşist» ruhudur. Amma onlar bu ruhlarını dünyaya, daha doğrusu əzdikləri xalqlara «xilasedici» olaraq təqdim edirlər. Əslində «xilaskar» rus obrazı hər kəsdən bir şeyi tələb edir: «Mənim qulum olacaqsan, mənim istədiyim kimi olacaqsan».

Rus faşizminin Ukraynada etdiklərini bu gün bütün dünya görür. Donbasda insanlar ona görə ölürlər, ona görə bombardman olunurlar ki, bu Rusiyanın maraqlarına uyğundur. Ona görə dinc insanlar işlərini, evlərini, qazanclarnı, ailələrini və həyatlarını itirirlər ki, bunu Putinin maraqları tələb edir. Razılaşmalıyıq ki, bu dünyanın bir çox yerində baş verir. Tutaq ki, Əfqanıstanda, Suriyada, İraqda, filanda. Amma heç bir yerdə bir ordu bütöv şəhərlərdə milyonlarla insanları girov götürüb onların həyatları üzərində öz siyasi iddialarını reallaşdırmağa çalışmır. Bu gün rus rəsmiləri dayanmadan və həyasızcasına bildirirlər ki, Donbasda rus ordusu yoxdur. O, zaman Donbasdakı tanklar, raketlər, ən müasir silahlar hardandır. Və bir neçə başı pozuq dəstə Ukrayna ordusuna qarşı Ukrayna ərazilərini necə işğal edir? Bunun məntiqi varmı?

Bu gün rus faşizmi açıq şəkildə və sırtıqcasına «demarş» edir. Və Hitler ötən əsrin 30-cu illərində Avropa üçün nə qədər təhlükyə çevrilirdisə, bu gün Putin bütün dünya üçün təhlükəyə çevrilir. O,təhlükə bizə hər kəsdən yaxındır və Azərbaycanda Rusiya üçün arzuolunmaz bir vəziyyət yarandığı halda erməni hərbi geyimində olan rus əsgərlərinin Bakıya qədər gələ bilməsi ehtimalı ciddiyyətlə diqqətə alınmalıdır.

P. S. Rusların erməniləri faşist elan etmələrinə bizim sevinməyimizə dəyməz. Ən azından ona görə ki, ermənilər ruslara bizdən bir neçə köynək daha yaxındılar. Və nə olursa olsun rus psixologiyası bizləri avtomatik olaraq düşmən, erməniləri isə alət olaraq görür.

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar