Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus kanalından referendumla bağlı reportaj


“Rossiya 24” kanalı Azərbaycanda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar geniş reportaj yayımlayıb


Telekanalın əməkdaşı Andrey Şlapnikov Azərbaycanda konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək referenduma hazırlıq prosesi barədə ətraflı məlumat verib.

 Paytaxtın seçki məntəqələrinin birində olan jurnalist qeyd edir ki, sentyabrın 26-da səhər saat 08:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açacaq. Vətəndaşlar ölkə xaricində yaradılmış 38 seçki məntəqəsində də səs verə biləcəklər.
 
Reportajda bildirilir ki, referendumla bağlı 5 milyon bülleten çap olunub. Bülletenlərdə konstitusiya dəyişikliklərlə bağlı 29 təklif yer alıb. Təklif olunan bəndlər arasına bərabərlik, mülkiyyət, vətəndaş hüquqları, şəxsi məlumatların qorunması məsələləri yer alıb. Həmçinin layihədə prezident səlahiyyətlərinin müddətinin 5 ildən 7 ilədək artırılması nəzərdə tutulur.
 
Kanala müsahibə verən Milli Məclisin deputatı Mixail Zabelin konstitusiyaya dəyişiklik edilməsi zərurətindən danışaraq dövlət başçısı üçün neft-qaz, xüsusilə respublikanın iqtisadi inkişafı ilə bağlı qlobal proqram və layihələri həyata keçirmək, ölkənin yeni infrastrukturunu qurmaq məqsədilə optimal müddətin 7 il olmasının vacibliyini vurğulayıb. O bu müddətin beynəlxalq standartların da parametrlərinə uyğun gəldiyini bildirərək qeyd edir ki, referenduma çıxarılan dəyişikliklər Azərbaycan dövlətçiliyini gücləndirməyə, demokratiyanın daha da inkişafına şərait yaradacaq.
 
Rusiyalı jurnalist konstitusiyaya prezidentliyə və deputatlığa namizədlər üçün yaş məhdudiyyətinin aradan qaldırılmasının da təklif olunduğunu diqqətə çatdırıb.
 
Səsverməni yerli və xarici müşahidəçilər, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri izləyəcəklər. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü İlham Məmmədov kanala müsahibəsində bu barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu günədək MSK-da 117 beynəlxalq müşahidəçi, 11 beynəlxalq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər MDB ölkələri, Fransa, Böyük Britaniya, Almaniya və digər dövlətləri təmsil edirlər.
 
Jurnalist şəffaflığın təmin olunması ilə bağlı görülən tədbirlərdən danışaraq bildirir ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb və şəffaf seçki qutuları qoyulub. Həmçinin hər bir seçici daktiloskopik yoxlamadan keçəcək.
 
Reportajda məlumat verilir ki, seçki məntəqələri sentyabrın 26-da axşam saat 19:00-da bağlanacaq. Bundan sonra bütün məlumatlar MSK-yə daxil olacaq. Yekun nəticələr isə seçki məntəqələri bağlandıqdan sonra 48 saat ərzində açıqlanacaq.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar