Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Azərbaycan sərhədindəki körpü təmir edildi


Azərbaycan-Rusiya sərhədini birləşdirən körpüdə təmir işləri görülüb


Amma bu, yeni körpünün inşası məsələsini gündəmdən çıxarmayıb.

ANS TV-nin bölgə müxbirinin məlumatına görə, Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən, uzun müddətdir qəzalı olan Samur körpüsündə artıq müəyyən bərpa işləri görülüb. Körpünün qəzalı olan ağac tirləri dəmir materialı ilə əvəz olunub.

Uzunluğu 204 metr olan, Samur çayı üzərində yerləşən körpünün Azərbaycan tərəfdəki 70 metrlik hissəsində bərpa işləri aparılıb. Bərpa işlərini aparan "EVROSKON" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti sahə rəisi Məzahir Dəmirov burada yeniləşmə işlərinin 3 ay ərzində aparıldığını bildirdi.

Tikinti təşkilatı nümayəndəsi ərazidəki bərpa işlərinin müvəqqəti xarakter daşıdığını dedi. Onun sözlərinə görə, Azərbaycanla-Rusiyanı birləşdirən Samur körpüsünün yenilənməsinə ciddi ehtiyac var.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar