Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Qərb qarşıdurması BMT çərçivəsindən kənara çıxa bilər? – Müsahibə


Politoloq: “Artıq Rusiya parlamentində bir çox radikal deputatlar Putinə çağırış edib ki, əgər ABŞ və digər ABŞ-ın müttəfiqləri olan dövlətlərin hərbi gəmilərindən raketlər Suriyaya atılarsa, bu raketlər havada Rusiya tərəfindən vurulsun”


“Əgər Rusiyanın cavabı adekvat olarsa və hərbi cəhətdən ABŞ-la müttəfiqlərinə qarşı çıxarsa, bu regionda yeni bir dünya savaşının çıxmasına səbəb ola bilər”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Suriya ərazisində Rusiya-Qərb qarşıdurmasının daha da kəskinləşməsi ilə bağlı PİA.AZ-a verdiyi müsahibədə qeyd edib.

Xəbər verdiyimiz kimi dünən BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli açıqlamasında kimyəvi silahdan istifadəyə görə Rusiyanı ittiham edərək bildirib ki, kimyəvi silahdan istifadə ilə bağlı razılaşmaya xəyanət edib. Rusiyanın nümayəndəsi Vasili Nebenzya isə açıqlamasında Qərbin qaranlıq qüvvələrə qarşı mübarizəni davam etdirdiyini və Qərbə sanksiyalar paketini hazırlayacağını bildirib.

Suriyanın BMT-dəki nümayəndəsi Bəşəl əl-Cəfəri çıxışında ABŞ, Fransa və Səudiyyə Ərəbistanını terrorçuları silahlandırmaqda ittiham edib. Suriya nümayəndəsi çıxış üçün kürsüyə çıxan zaman ABŞ, Böyük Britaniya və Fransa nümayəndələri etiraz olaraq salonu tərk ediblər.

Bu mövzu ilə bağlı PİA.AZ politoloq Natiq Miri ilə olan müsahibəni təqdim edir:



Natiq Miri: “Rusiya Suriya məsələsində ABŞ-a qarşı durmaq üçün ən azından iki dəfə düşünməli olacaq”.


- Natiq müəllim, artıq 6-cı dəfədir ki, BMT-nin Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahdan istifadə ediləməsi ilə bağlı qərar qəbul edə bilmir. Faktiki olaraq BMT TŞ-də qapalı dairə yaranıb və öz funksiyalarını yerinə yetirə bilmir. Bu da BMT-də böyük böhrandan xəbər verir. Sizcə hazırkı vəziyyətdə Rusiya-Qərb qarşıdurması BMT çərçivəsindən kənara çıxa bilərmi və bu hansı qlobal təhlükələr yarada bilər?

- Praktikada bu cür hallar olub. Yəni Yuqaslaviyada məhz BMT-nin icazəsi olmadan NATO çərçivəsində qərarlar qəbul olunub və Yuqaslaviya – indiki müasir Serbiya bombardman olmuşdu. Bu yöndə praktik olaraq ABŞ və müttəfiqlərinin konkret davranışları ortada var. Bu baxımdan düşünürəm ki, növbəti dəfə BMT-də Suriyada kimyəvi silah qırğını ilə bağlı hər hansı qərarı qəbul etmək mümkün olmasa da, BMT-dən yan keçən daxili qərarlarla bu məsələni icra edəcəklər. Artıq ABŞ göründüyü kimi Avropadakı müttəfiqləri İngiltərə və Fransanı da yanında olaraq Suriyaya qarşı böyük bir hərbi plan hazırlayır. Artıq bu yöndə hiss olunur ki, bu qərarın çox yaxın zamanda həyata keçiriləcəyi gözlənilir. Çünki fikir verdinizsa, ABŞ prezidentinin Latın Amerikası sammitində görüşü vardı. Yəni ABŞ prezidentinin bu sammitdə iştirakı gözlənilirdi ki, son anda Tramp məhz Suriya ilə bağlı qərarına yönəlik sammitdə iştirakından imtina etdi. 

Həmçinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin də səfəri vardı ki, bu səfər də təcili qaydada təxirə salındı. Eyni zamanda İngiltərənin də Suriyaya qarşı hərbi əməliyyatlarda iştirakı üçün dövlət parlamentinə müraciət etməsi məsələsi də bu gün ciddi müzakirə obyektidir. Hətta gözlənilir ki, ola bilsin ki, parlamentə müraciət etmədən birbaşa bu hərbi əməliyyatda iştirak qərarı verilsin. Çünki praktik olaraq Böyük Britanıyada bu cür məsələlər adətən zaman-zaman daşa dirənir və bu cür hərbi əməliyyatlarda iştiraka parlament tərəfdən qadağa qoyula bilir. Bu baxımdan düşünürəm ki, Həm BMT, həm də bu dövlətlərin parlament səviyyəsində icazəsinə ehtiyac duymadan bir növ prezidentlər və baş nazirlər səviyyəsində verilən qərarlarla Suriyaya qarşı böyük bir hərbi əməliyyatın keçirilməsi gözlənilir. Yəni təhlükə realdır. 

Natiq Miri: “Suriya sahəsində çox böyük qarşıdurma və savaşın çıxma ehtimalı böyükdür”.


- Bəziləri hesab edir ki, Suriyada baş verənlər üçüncü dünya müharibəsinə qədər inkişaf edə bilər. Rusiyanın Yaxın Şərqdəki hərbi resursları ABŞ-ın və NATO-nun hərbi resursları qarşısında çox cüzidir. Suriyaya ABŞ və müttəfiqlərinin zərbələr endirməsi şəraitində Rusiyanın ABŞ-la açıq qarşıdurma müstəvisinə keçə biləcəyini ehtimal edirsinizmi? 
  
- Əvvəla onu qeyd edim ki, bir tərəfdən də ABŞ öz müttəfiqləri ilə birgə Ağ Dəniz bölgəsinə təyyarə daşıyan gəmilərlə bərabər onu müşayət edən əlavə dağıdıcı 7 gəminin müşahidi ilə böyük bir donanma gətirib. Buna qarşılıq olaraq da Rusiya Kipr sahillərində mövcud olan iki gəmi və bir sualtı gəmisini də Ağ Dəniz sahillərinə göndərib. Bu artıq qlobal bir qarşıdurmanın əlamətlərini göstərir. Bu da dünyanı təhdid edən böyük bir savaşı tətikləyə bilər. Çünki artıq Rusiya parlamentində bir çox radikal deputatlar Putinə çağırış edib ki, əgər ABŞ və digər ABŞ-ın müttəfiqləri olan dövlətlərin hərbi gəmilərindən raketlər Suriyaya atılarsa, bu raketlər havada Rusiya tərəfindən vurulsun. Yəni bu faktın özü artıq göstərir ki, həqiqətən də Suriya sahəsində çox böyük qarşıdurma və savaşın çıxma ehtimalı böyükdür. 

Amma bu cür hazırlıqların olması və baş verən hadisələrin inkişafı da göstərir ki, Suriyada Əsəd rejiminin hərbi bazalarının vurulması qaçılmaz olacaq. Bu konteksdə Rusiyanın reaksiyasının necə olacağını proqnozlaşdırmaq çox çətindir. Çünki əgər Rusiyanın cavabı adekvat olarsa və hərbi cəhətdən ABŞ-la müttəfiqlərinə qarşı çıxarsa, bu regionda yeni bir dünya savaşının çıxmasına səbəb ola bilər. Bu baxımdan Suriya cəbhəsində vəziyyət çox kritikdir. Amma hər bir halda vəziyyətin bura gəlməsi ehtimalı gözlənilirdi. Buna görə də Şərqi Qutanın tərkib hissəsi olan Duma rayonunda kimyəvi silahın istifadə olunması məsələsinə ən azından ehtiyatlı yanaşmalı idi. Amma bu bəhanənin ABŞ və onun müttəfiqlərinə verildiyi üçün düşünürəm ki, ABŞ bu fürsətdən istifadə edəcək. 
 

Natiq Miri: “Qərb dünyası ilə əməkdaşlıq olmadan Rusiyanın texnoloji cəhətdən inkişafı mümkün deyil”.


- Bütün dünyada Rusiyanın təklənməsi prossesini izləməkdəyik. Hətta Rusiya prezidentinin köməkçisi, Rusiyanın hazırkı siyasi kursunun ideoloqlarından biri hesab olunan Vladislav Surkov iki gün əvvəl dərc etdirdiyi məqaləsində qeyd edib ki, Rusiyanın Qərbə doğru səyahəti sona çatıb və rus xalqı 100-300 il müddətində geopolitik tənhalıqda yaşamağa məhkumdur. Rusiyanın aparıcı Qərb dünyasından təcrid olunaraq yaşaya bilməsi mümkündürmü və bu halda Rusiya dövlətini necə təsəvvür etmək mümkündür?  

- Rusiyanın həm diplomatik, həm siyasi, hərbi, həm də iqtisadi, maliyyə cəhətdən tamamilə dünyadan təcrid olunması Rusiya üçün çox xoşagəlməz fəsadlar törədəcək. Xüsusilə nəzərə alınmalıdır ki, ABŞ-ın Rusiya ilə bağlı qəbul etdiyi son sanksiyaya qərarı Rusiya tərəfindən çox ciddi qəbul olunmalıdır. Çünki bildiyimiz kimi 14 şirkətlə bağlı Rusiyada mövcud olan çox ciddi oliqarxların bank hesablarının, yəni Qərb dünyasındakı bank hesablarının dondurulmasından söhbət gedir.
 
Hələlik bu oliqarxların hesabındakı milyardlarla dollar vəsait dondurulmayıb. Sadəcə sanksiya qərarı mövcuddur və düşünürəm ki, bu vəsaitlərin dondurulması təqdirində Rusiya daxilində əsl proseslər bundan sonra başlayacaq. Bu da Rusiyada mərkəzdənqaçma prosesini gücləndirəcək ki, bu Kremldə həm iqtisadi, həm siyasi yöndə zəlzələlərin baş verməsinə gətirib çıxarda bilər. Mən düşünürəm ki, bu sanksiyalar Rusiya üçün çox xoşagəlməz hadisələr, fəsadlar yarada bilər. Bunun üstünə ayrıca olaraq Suriyadakı qarşıdurmanı də gəlsəniz Rusiyanın yaxın dönəmdə gələcək prespektivi şübhə altında qalır. 

Həmçinin o da nəzərə alınmalıdır ki, Qərb dünyası ilə əməkdaşlıq olmadan Rusiyanın texnoloji cəhətdən inkişafı da mümkün deyil. Bu baxımdan da hesab edirəm ki, Rusiya Suriya məsələsində ABŞ-a qarşı durmaq üçün ən azından iki dəfə düşünməli olacaq. Doğrudur, indi ABŞ-ın hərəkətlənməsi yönündə Rusiya da fəaliyyətə keçib və müəyyən hərbu hazırlıqlarını görməkdədir. Amma hələlik bu o anlama gəlmir ki, Rusiya birmənalı olaraq ABŞ və müttəfiqlərinin hərbi müdaxiləsinin qarşısında duracaq. Təbii ki, bu hərbi müdaxilə nəticəsində kütləvi olaraq rus əsgərləri ölərsə, onda Rusiya hərbi hərəkətə keçə bilər. Amma belə bir hadisənin yaşanmadığı təqdirdə düşünürəm ki, Rusiya ən azından iki dəfə düşünməli olacaq. Çünki Qərb Rusiyaya tətbiq etdiyi məhdudiyyətlər qarşısında Rusiya çox çətin bir vəziyyətə düşüb. Artıq Rusiya siyasətçiləri də bunu etiraf etmək məcburiyyətində qalırlar.

Nərminə UMUDLU
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar