Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya 4 helikopter, 20-ə qədər hərbi yük maşını itirib - “Strastfor“


Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb


APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.
 
Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib.
 
Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.
 
Bundan əlavə bildirilir ki, Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində Rusiyanın 4 helikopter və 20-ə qədər hərbi yük maşını itirdiyi məlum olub. Bununla bağlı peyk görüntülərini “Stratfor” yayıb.  
 
Görüntülər 14 may və 17 may tarixlərində Suriyanın Palmira və Hums şəhərləri arasında T4 hərbi hava bazasında çəkilib.
 
İŞİD-in hücumundan sonra çəkilən görüntülərlə bağlı rəsmi Moskva hələ açıqlama verməyib.
 
Rusiyada müxalif bir sayt isə Suriyadakı qaynaqlarına istinadən raket zərbəsi endirilən yanacaqdoldurma maşınının partlaması nəticəsində hərbi hava bazasının xarabaya çevrildiyini yazıb.
 
“Stratfor”un paylaşdığı peyk fotoşəkillərində Suriya təyyarəsinin vurulduğu da əksini tapıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar