Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ABŞ-la əldə olunmuş sazişi ictimailəşdirdi

Rusiya XİN-i rəsmi saytında ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mətnini ictimailəşdirib və Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edib


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, XİN qeyd edib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ  hər dəfə buna qarşı çıxış edib.    

ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”, - deyə məlumatda bildirilir.   
 
Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib.  
 
Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.   
 
“Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib”, - deyə XİN qeyd edib.   
 
Qeyd edək ki,  RusiyaABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin  ABŞRusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş  sentyabrın 9-da əldə olunub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar