Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanda hərbi baza yaratmaqdan imtina etdi


Rusiya Azərbaycanın Qəbələ rayonundakı “Daryal” radiolokasiya stansiyasının (RLS) yerində “Voronej” tipli yeni RLS tikməyəcək. Rusiya xaricdə bu tipli sistemlər yaratmağı ümumiyyətlə məqsədəuyğun saymır


Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun Baş Qərargah rəisi, general-mayor Anatoli Nesteçuk məlumat verib.

“Hesab edirəm ki, yerli sistemlər Rusiya ərazisində yerləşməli və müvafiq vəzifələrin yerinə yetirilməsinə zəmanət verməlidirlər” - deyə general Nesteçuk RSN radiosunda efirə gedən “Baş qərargah” verilişinin aparıcısının Rusiyanın Qəbələdə “Voronej” tipli RLS tikib-tikməyəcəyi barədəki sualını cavablandırarkən bildirib.

General xatırladıb ki, bu gün Rusiya hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” RLS, Belarusda isə “Volqa” RLS fəaliyyət göstərir.


“Lakin bu iki strateji istiqamətdə yerləşən stansiyaları əvəzləmək üçün də kifayət qədər geniş imkanlarımız var” - deyə general Nesteçuk əlavə edib.

Yada salaq ki, “Voronej” RLS Rusiyanın Rusiyanın üfüqüstü RLS sistemidir. Bu sistem raket hücumu barədə ən yüksək xəbərdarlıq sistemidir. “Voronej” RLS ballisitik, kosmik və aerodinamik obyektləri, o cümlədən ballisitik və qanadlı raketləri aşkarlamaq gücündədir.

Onu da bildirək ki, Rusiyanın bu ölkənin tərk etdiyi Qəbələ RLS-in yerində yeni hərbi bazanın tikəcəyi barədəki informasiyanı Rusiya Müdafiə Nazirliyinin əsas informasiya ruporu olan “Zvezda” telekanalı bir müddət öncə yaymışdı. Bu informasiya Azərbaycanda birmənalı qarşılanmamışdı.

Qəbələdəki “Daryal” RLS-in icarə müddəti 2012-ci ilin dekabrında başa çatıb. Rusiya ilə Azərbaycan arasında bu stansiyanın icarə müddətinin uzadılmasına dair uzun-uzadı danışıqlar aparılsa da tərəflər razılığa gələ bilməmişdilər. Nəticədə Moskva Qəbələ RLS-i bağlamağa qərar vermişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar