Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanda “məxməri işğal“ ssenarisi tətbiq edə bilərmi?

Ərəstun Oruclu: “Rusiya “məxməri işğal” ssenarisini yeni ekstrimist hərəkatlar vasitəsilə həyata keçirəcək”


Zərdüşt Əlizadə: “Əgər “məxməri işğal” ssenarisi real olarsa, yüz cür ssenari ola bilər”

ABŞ Milli Kəşfiyyatı direktoru Ceyms R. Klepperin kəşfiyyat məlumatlarına əsasən Rusiyanın Krımda uğurla sınaqdan çıxardığı “məxməri işğal” ssenarisini Gürcüstan, Moldova və Azərbaycanda da tətbiq edə biləcəyini bildirib. Belə bir təhlükə nə qədər realdır və Rusiyanın Azərbaycanda “məxməri işğal”ını hansı ssenari üzərində gerçəkləşdirməsi mümkündür? Qarabağ problemi üzərindən,yoxsa "Sadval" tipli ekstrimist təşkilatlar vasitəsilə?

PİA.AZ-ın əməkdaşı bu suallarla politoloqlara müraciət edib.

Zərdüşt Əlizadə: “Rusiyanın “məxməri işğal” ssenarisini Gürcüstan, Moldova və Azərbaycanda tətbiq edə biləcəyi real deyil”

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan Qarabağ vasitəsilə Rusiyadan asılı olduğuna görə “məxməri işğal” ssenarisi kimi yeni qarmağa ehtiyac yoxdur:

Rusiyanın “məxməri işğal” ssenarisini Gürcüstan, Moldova və Azərbaycanda tətbiq edə biləcəyi real deyil. Ona görə ki, bu ölkələri özündən asılı etmək üçün təzyiq edilən siyasi texnologiyalar Moldova, Gürcüstan və Azərbaycanda artıq tətbiq edilib. Gürcüstan Abxaziya-Osetiya, Azərbaycan Qarabağ vasitəsilə Rusiyadan asılıdır. Yeni hansısa qarmaqların hazırlanmasına ehtiyac yoxdur. Eyni zamanda Ermənistan da Rusiyadan asılıdır. Əgər “məxməri işğal” ssenarisi real olarsa, yüz cür ssenari ola bilər. Bir ssenarini Krımda, digər ssenarini 20 Yanvarda, 1991-93-cü il müharibəsində görmüşük. Etnik ərazi münasibətləri yaradıla bilər, dövlət çevirilişi edilə bilər və s. Azərbaycan kiçik, zəif ölkədir və hakimiyyətlə xalq arasında uçurum var. Xalq heç seçkiyə gəlmir, yad elli gəlsə belə heç kimin vecinə olmayacaq. "Sadval" tipli ekstrimist təşkilatları DKT (Dövlət Təhlükəsizlik Komitəsi ) yaratmışdı və DTK idarə edirdi.

Ərəstun Oruclu: “Rusiyadan hər şey gözləmək olar”

Politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiya “məxməri işğal” ssenarisini yeni ekstrimist hərəkatlar vasitəsilə həyata keçirəcək:

“Əslində bu hardasa Gürcüstanda baş verib. Rusiya onun iki seperatçı bölgəsini 2008-ci ilin avqustunda faktiki olaraq, növbəti dəfə işğal edib və onu müstəqil dövlət elan etmək, tanımaq kimi don da geyindirməyə çalışıb. Lakin bu çox uğursuz olub. Necə ki, Krım məsələsində defaktorun nəzarətinə keçsə belə indiki baxımdan onun tanınması çox ciddi problemlər olub və davam edir. Azərbaycana gəlincə, birincisi coğrafi baxımdan Rusiyanın birbaşa çıxışı yoxdur. İkincisi, Rusiya ətrafındakı dövlətlərdə eyni tip siyasət tətbiq etməklə Putin özünü təcrid etmiş və getdikcə ətrafında düşmən dövlətlər yaratmış olur. Bu nə dərəcədə ağıllı siyasətdir deyə bilmərəm amma texniki baxımdan bu göründüyü qədər asan məsələ deyil. Rusiya kifayət qədər proqnoz verilə bilməyəcək ölkədir. Məsələn, normal nüvə dövlətində prezident heç vaxt bir müddətə yoxa çıxmaz. Rusiyadan hər şey gözləmək olar amma belə bir davranış Rusiyanın özü üçün bir o qədər də əlverişli deyil. Rusiya “məxməri işğal” ssenarisini gerçəkləşdirərsə, bunu müxtəlif yollarla edə bilər. Düşünürəm ki, bunu daha çox yeni ekstrimist hərəkatlar vasitəsilə həyata keçirəcək.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar