Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycandan nə istəyir?


Azərbaycan müstəqilliyini qazandıqdan sonra Moskva ilə münasibətlərində məsafə saxlamağa başladı. Ayaz Mütəllibov Rusiyanın maraqlarının ifadəçisi olan sonuncu rəhbər idi. Onun hakimiyyətdən devrilməsi elə Rusiyanın əlinin kəsilməsinə xidmət edirdi. Əlbəttə ki, müxalifətin hakimiyyətə gəlmək istəyi, Qərbin Azərbaycanda möhkəmlənmək cəhdləri də mövcud idi


Lakin A.Mütəllibova qarşı çıxan yüz minlərlə insanın əsas hədəfi Moskva idi. A.Mütəllibov bir çox müsbət fərdi keyfiyyətlərə malik insan idi. Lakin onun hakimiyyətdə qalması Rusiyanın mövcudluğu demək idi, bu isə yeni müstəqilliyini əldə edən ölkə üçün təhlükəli idi. Elə buna görə də A.Mütəllibov getməli idi və xalq onu Moskvaya yola saldı.

1992-ci ildə hakimiyyətə gələn Əbülfəz Elçibəy ölkəni Türkiyə və ABŞ-la yaxınlaşdırdı. Bu müstəvidə müşahidə edilən ifrat yaxınlaşma Rusiyaİranı qıcıqlandırdı. Elə bu səbəbə də Elçibəyin hakimiyyəti uzun çəkmədi.

1993-cü ildə Gəncə qiyamı nəticəsində hakimiyyətə gələn Heydər Əliyev RusiyaABŞ arasında manevr etsə də, 1994-cü ilə “Əsrin müqaviləsi”ni imzalamaqla əslində Bakının seçiminin Vaşinqton olduğunu nümayiş etdirdi. Lakin Qərbin yardımı ilə Qarabağ problemini həll etmək mümkün olmadı. Qarabağın Azərbaycanın nəzarətindən çıxarılması prosesində Rusiya ilə eyni dərəcədə Qərb məsuliyyət daşıyır.

Qərbə inteqrasiya demokratiya müstəvisində də irəliləyişlərə səbəb olmadı. Təxminən 20 faiz ərazilərini itirən ölkə korrupsiya, siyasi məhbuslar, insan haqlarının pozulması, məmur özbaşınalığı kimi problemlərdən əziyyət çəkməyə başladı. Bu isə antiqərb əhval-ruhiyyəsinin artması ilə sonuclandı.

İlham Əliyev hakimiyyətə gəldiyi gündən rəsmi Bakı xarici siyasətində Qərblə daha sıx əməkdaşlığa başladı və bunun nəticəsi olaraq, eyni şəxsin dalbadal üçüncü dəfə prezident seçilməsinə “Sem dayı” “yaşıl işıq” yandırdı.

Lakin bütün bu illər ərzində Rusiya Azərbaycana yenidən qayıdacağını dəfələrlə bəyan etdi. 2008-ci ildə Gürcüstan ərazisinə soxulan Rusiya Abxaziya və Cənubi Osetiyanı tam öz nəzarətinə aldı və bununla da rəsmi Bakının da nəzarətinə çatdırdı ki,
Kreml Cənubi Qafqazda əsas söz sahibi olaraq qalmaqdadır. Bunun nəticəsində, 2009-cu ildə Bakıya səfər edən RF prezidenti Dmitriy Medvedev iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlığa dair saziş imzalamağa nail ola bildi. Elə o vaxtdan Bakı ABŞRusiya arasında manevr etməyə başladı.

Lakin Bakı gələcək perspektivdə Qərb ilə müttəfiqliyə səy göstərməyə başladı və Qəbələ RLS-in bağlanması bu istiqamətdə atılan əsas addım idi.

Kreml anladı ki, neft-qaz sazişi baş qatmağa yönəlib, əslində Bakı tərəfdaş kimi Vaşinqtonu seçib.

Moskva özü üçün daha təhlükəli gedişatdan narahat idi. Bakı NATO ilə sıx əməkdaşlığa nail ola bilərdi.

Odur ki, Kreml yenidən A.Mütəllibov zamanında olduğu kimi Azərbaycanda öz nəzarətini bərpa etmək istəyir.

Qəbələ RLS-in bağlanması və buna bənzər Qərbin nəzarətində olan yeni qurğunun tikilmə perspektivi Kremli daha da qıcıqlandırırdı. Rusiya üçün Cənubi Qafqazda RLS-ə malik olmaq son dərəcə vacibdir.

Bunu edə bilmək üçün Kremlə ölkə daxilində müttəfiqlər lazımdır.

Moskva Azərbaycanda yaşayan rusların vasitəsilə özünə “beşinci kolon” yarada bilmir. Ruslar siyasi həyatda aparıcı mövqelərə malik deyillər. Odur ki, Kreml Rusiyada yaşayan azərbaycanlılardan istifadə etmək niyyətini gizlətmir. Rusiyada yaşayan azərbaycanlı ziyalılar, habelə, vaxtilə Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər Kremlin planında yer alırlar. Rusiyaya çörək pulu ardınca gedən soydaşlarımız da Kreml tərəfindən nəzərdən keçirilir.

Rusiyanın ölkəmizdə sabitliyi pozması və bu dalğada Bakıda peyda olmasının mümkün ssenarilərindən biri də “etnik kartı” işə salma perspektividir.

Kreml Moskvada yerləşən və guya ləzgi və talışların hüququnu müdafiə edən təşkilatlar olduğu deyilən qurumlara hər cür şərait yaradır və onların əli ilə Azərbaycanda etnik qarşıdurma yaratmaq arzusunu gizlətmir.

Rusiya Azərbaycanın enerji daşıyıcılarına sahib olmaq istəyir və anlayır ki, Qərbi bölgədən çıxartmağın başqa yolu mövcud deyil.

BakıMoskva arasındakı gərginliyin əsas səbəbi də elə budur. Azərbaycan isə Qərblə imzaladığı enerji layihələrinə böyük ümidlə baxır və bu müstəvidə rusların xeyrinə dəyişiklik etmək niyyətində deyil.

Rusiya isə hesab edir ki, ABŞ-ın Cənubu Qafqazda mövcudluğu Kremli cənub sərhədlərinə nəzarətdən məhrum edə bilər.

Kreml anlayır ki, Azərbaycan və  Gürcüstanın Qərbə açıq olması Şimali Qafqazda Kreml əleyhinə hazırlanan planların işə düşməsi ilə sonuclana bilər.

Dağıstan, Çeçenistan, Şimali Qafqaza Azərbaycanın təsir imkanları heç də az deyil. Odur ki, Rusiya Cənubi Qafqazın müsəlman ölkəsini tamamilə məhv etmək istəyir.

Əgər, Kreml Azərbaycanda ləzgi və talış kartlarını işə salsa, bunun cavabı kimi Şimali Qafqaz, Dağıstan və Çeçenistanın qiyama qaldırılması baş verə bilər.
Qərbin bu planında isə Azərbaycan mühüm rol oynaya bilər...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar