Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanın 18 ton südündən imtina etdi

Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd məhsulu saxlanılıb


PİA.AZ anspress-ə istinadən bildirir ki, bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti - "Rosselxoznadzor" idarəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, "Rosselxoznadzor"un Moskva şəhəri üzrə idarəsinin əməkdaşları, paytaxt, eləcədə Moskva və Tula vilayətlərində sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu Tula ərazisində saxlayıb.

"Moskva şəhəri Federal Xidmətin İdarəsi Azərbaycandan daxil olan 18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini dayandırılıb", - deyə məlumatda deyilir.

Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin təqdim etdiyi sənədlər xüsusi blankda yox adi kağızda "rəsmiləşdirilir". Onun üzərində xüsusi nişanlar da yoxdur. 

Hazırda həmin məhsullar saxlamaya kamerasına yerləşdirilib.

Mart ayında Rusiya Federasiyasının "Rosselxoznadzor"u Azərbaycan məhsullarına qarşı "müharibəni" davam etdirib. Məlumata görə, Federal Xidmətin Dağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomidor məhsullarını saxlayıb.

Bundan öncə də Rusiya Azərbayacan tərəfini qadağan edilən türk məhsullarını öz adı ilə ölkəyə gətirməkdə ittiham etmişdi. 

Hələ yanvar ayında Azərbaycanın 1 ay ərzində ixracatı 5 dəfə artırması Rusiyada şübhə yaradıb. "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert "İnterfaks" agentliyinə açıqlamasında bildirib ki, Türkiyə bitki məhsullarının  Rusiyaya idxalına qoyulan qadağaya riayət edilməsi ilə bağlı Azərbaycanİranın öhdəliklərinin  yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar