Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Kəlbəcər girovlarının işini araşdırır


Rusiyanın Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunda əsir götürülən azərbaycanlı girovların işini araşdırmağa başlayıb


Bu barədə azvision.az-a girovların ailə üzvləri məlum veriblər.

Bildiriblər ki, prezident İlham Əliyevin Soçi görüşündə bu məsələni qaldırmasından sonra Rusiyanın Xarici işlər Nazirliyi girovların ailə üzvlərinin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı müraciəti araşdırır.

“Givovların ailə üzvlərinin Rusiya prezidenti Vladimir Putinə göndərdiyi müraciətə rəsmi cavab gəlib. Bildirilir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu məsələni araşdırır.

Ermənistan höküməti girovların kimliyi haqqında, harada tutulması barədə hələ ki, Rusiya XİN-nə dəqiq məlumat verməyib və məsələni bilərəkdən yubadır. Əgər, girovlar Kəlbəcərdə tutulubsa, məsələyə qondarma “Dağlıq Qarabağ” vilayətinin prokurorluğu baxmalıdır. Amma Ermənistan höküməti Rusiyaya necə deyə bilər ki, Azərbaycan vətəndaşlarını oğurlamışıq. Bu başdan-ayağa cinayətdir axı. Ona görə də, Ermənistan tərəfi girovlar haqqında Rusiyaya dəqiq məlumat vermir. Şahbazla Dilqəm hazırda İrəvandadırlar. Onların məktubu hansı şəraitdə yazması isə bizə məlumdur: başlarının üstündə durub “mənə yaxşı baxırlar” cümlələrindən ibarət bir məktub yazdırıblar. Azərbaycan ərazisində tutulan Rusiya vətəndaşının Ermənistanda ittiham olunması çox ağır bir şeydir”.

Diqqətə çatdıraq ki, Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə iki dəfə müraciət etmişdilər.

Onlar prezidentlərin Soçi görüşündə bu məsələnin qaldırılmasını Rusiya prezidentindən xahiş etmişdilər.

Qeyd edək ki, prezident İlham Əliyev Soçi görüşündə bu məsələni rusiyalı həmkarı Vladimir Putinin diqqətinə çatdırıb. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb.

Azərbaycan prezidenti görüşdə girov ailələrinin müraciətinu prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb.

Girovlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, prezident İlham Əliyev prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar