Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağı nəyə çevirmək istəyir...



ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş son görüşün “azacıq ümid yaratdığını”, ancaq münaqişənin kökündə dayanan məsələlərin həll edilməmiş qaldığını yazır


Virtualaz.org xəbər verir ki, mərkəzin təhlilində iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş bəyanat münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırdığı xatırladılır. Bəyanatda vurğulanır ki, danışıqların bütün tərəfləri mövcud atəşkəs sazişindən razıdır. “Ancaq sülhə yönəlik bu diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır”-mərkəz bildirir.

Mərkəz vurğulayır ki, liderlərin sülhpərvər vədlərinə baxmayaraq, Ermənistan regiona de-fakto nəzarəti saxlamağa çalışır, mübahisəli ərazinin yerləşdiyi Azərbaycan isə buna qarşı çıxır. Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi.



«Rusiyanın münaqişədəki mövqeyi daha bir mürəkkəblik yaradır. Strateji baxımdan Ermənistanla müttəfiq olmuş Rusiya son aylar Azərbaycanla sıx münasibətlər yaradıb və aprel toqquşmalarına Ermənistan tərəfdən müdaxilə etməyib. Əslində, Moskva heç bir tərəfin yanında durmadı və özünü danışıqlara həsr etdi. Görünür, Rusiya Dağlıq Qarabağı idarəolunan böhrana çevirmək istəyir. Elə bir böhrana ki, daşıb tökülmədən qaynamağında olsun, Moskva da arbitr kimi çıxış etsin. Bu strategiya ikili funksiya daşıyır – bir yandan Türkiyə və Qərb kimi xarici qüvvələrin təsirini azaltmağı, digər tərəfdən Moskvanın ErmənistanAzərbaycandan ötrü əhəmiyyətini bir da təsdiqləməyi hədəfləyir», - yazıda deyilir.

«Hələlik gücləndirilmiş vasitəçilik cəhdləri səmərəli olub. Atəşkəsin pozulması halları azalıb, döyüşlər səngiyib. Ancaq bu nisbi sülhün qalacağına zəmanət yoxdur. Danışıqlar bir az vaxt qazandırdı, nəfəs almağa imkan verdi, amma onların nəticəsiz qaldığını görən Azərbaycanın səbri tükənə bilər. Sülh danışıqları mübahisəli əraziylə bağlı strateji ziddiyyəti aradan qaldırmayınca, regionda zorakılıq potensialı qalacaq», - «Stratfor» yazır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar