Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Suriyadan qovulur...


Yəqin ki, bu bayram günlərində Rusiya prezidenti Vladimir Putin qəzəbindən və acizliyindən özünə yer tapa bilməyib və qəzəbindən bütün bayramı dodaqlarını gəmirib....


Əslində Rusiya prezidentinin vəziyyətini başa düşmək elə də çətin deyil.

 20 gün əvvəl yerlə bir olan “Hmeymim” hərbi aerodromunda İŞİD üzərində qalibiyyətini elan edirsən (Putin 2015-ci ildən sonra üçüncü dəfəydi ki, İŞİD üzərində qalibiyyətini elan edirdi.), dekabrın 31-də zəfər elan etdiyin hərbi baza minamyot atəşinə tutularaq darmadağın edilir. İtki  isə doğrudan qorxuncdur...

Dekabrın 31-də Suriyada Rusiya hərbi bazasının minamyot atəşinə tutulması nəticəsində minimum 7 Rusiya təyyarəsi məhv edilib. Bəzi iddialara görə isə “Hmeymim”dəki hərbi aerodrom tamamilə sıradan çıxarılıb. Hücumun kimlər tərəfindən həyata keçirildiyi belə bilinmir. Rusiya Müdafiə Nazirliyi isə susur. Məlumatı nə təkzib, nə təsdiq edir. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən texniki nasazlıq ucbatından dekabrın 31-də Mİ -24 helikopteri qəzaya uğrayıb. İki pilot həlak olub, bort mexaniki isə yaralanıb. Vəssalam... 

Rusiyanın “Hmeymim”dəki aerodromda verdiyi itkinin miqyası hələ bəlli deyil. İddiaya görə, onlarla yaralı var. Bəlkə də onlarla ölü...

Rus qaynaqları tərəfindən belə bir iddia da irəli sürülür ki, Latakiyadakı “Hmeymim” hərbi aerodromuna ABŞ-ın Suriyadakı bazasında hazırlıq keçən döyüşçülər hücum edib.  Bunun nə qədər doğru, nə qədər yalan olduğunu təsdiq və təsbit etmək mümkün belə deyil. Amma görünən odur ki,  artıq Suriyada Bəşər Əsədə qarşı deyil, Rusiyaya qarşı savaşın düyməsi basılıb və bundan sonra rus ordusu birbaşa hədəfdədir. Yəni, Rusiya üçün Suriyada Əfqanıstan sindromu başlayır. Əsas odur ki, Əfqanıstanda olduğu kimi, Suriyaya da sülhün gətirilməsi imkansızdır....

Öncə Rusiya Suriyadan qovulmalı, sonra terror və iç savaş yenidən böyüməlidir. Böyüməlidir ki, ABŞ-ın liderliyi ilə NATO Suriyada vəziyyətə hakim olsun...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar