Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir

Rusiya Müdafiə Nazirliyinin Baş qərargahına bağlı Baş Kəşfiyyat İdarəsi (QRU) dünyada vəziyyətin kəskinləşməsindən, münaqişə ocaqlarının sayının artmasından sonra muzdlulardan ibarət xüsusi ordu yaradıb


Bu haqda RBC-nın sensasion araşdırmasında deyilir.

Araşdırmada bildirilir ki, “Vaqnerin qrupu” adlı muzdlu ordunu QRU kurasiya edir. Bu haqda Müdafiə Nazirliyindəki və FTX-dəki mənbələr deyiblər. “Vaqnerin qrupu”nun düşərgəsi Krasnodar vilayətinin Molkino xutorunda yerləşir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb. “Vaqnerin qrupu”nun məskunlaşdığı ərazinin sahibi haqda açıq mənbələrdə məlumat yoxdur, lakin qonşuluqdakı ərazilər Müdafiə Nazirliyinin meşə təsərrüfatına məxsusdur.



Bildirilir ki, 2015-2016-cı illərdə Müdafiə Nazirliyi “Vaqnerin ordusu”una 14.7 milyon rubl xərcləyib. Bura muzdlularla bağlanmış məxfi müqavilələr daxil deyil. Açıq tenderlərin bəzilərini Peterburqdan olan biznesmen-restorançı Yevgeni Priqojin udub. Son iki ildə “Vaqner” Rusiyada Priqojinin adamlarının müşaiyəti ilə hərəkət edib. Biznesmen Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirən firmaların sahibidir. Bununla belə “Vaqnerin ordusu”nun həmin firmalar tərəfindən maliyyələşdirildiyinə dair sübutlar tapmaq mümkün olub.



“Vaqnerin qrupu”nun fəaliyyəti barədə ilk dəfə Suriyada eşidilib. Ötən ilin yayında, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi ərəfəsində Latakiyə və Hələb ətrafında muzdlulardan ibarət 2.5 min nəfərlik qruplar yerləşdirilib. Əməliyyata QRU və FTX rəhbərlik edib. 2016-cı ildə isə özəl hərbi şirkətlərin 1000 nəfərdən 1600 nəfərə qədər döyüşçüsü vəziyyətdən asılı olaraq Suriyada olub. Elə Rusiyanın Suriyada verdiyi itkilərin çoxu da muzdlularda ibarətdir. Mənbələr deyirlər ki, indiyədək azı 100 muzdlu həlak olub. Palmiranın azad edilməsində də əsas rol muzdlular oynayıb.



“Vaqnerin qrupu”unun əsgərlərinə pulu nəğd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” üzərlərinə götürüb. Suriya döyüşlərində iştirak edən muzdlulara ayda 400-500 min rubl ödənilir. Ölən zabitə görə 1 milyon rubl, əsgərə görə 500 min rubl kompensasiya nəzərdə tutulub. Bunu Müdafiə Nazirliyindəki mənbə deyib.

Araşdırmada daha bir sensasion məlumat yer alır və bildirilir ki, “Vaqnerin ordusu” haqda informasiyaların KİV-lərə sızmasından sonra Müdafiə Nazirliyi Molkinodakı düşərgəni başqa yerlərə, məsələn, Tacikistana, Dağlıq Qarabağa və ya Abxaziyaya köçürməyi nəzərdən keçirir. Müdafiə Nazirliyindəki mənbə deyib ki, istənilən halda “Vaqnerin ordusu”nu ləğv etməyəcəklər.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar