Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya agent şəbəkəsini ləğv edir?


Azər Rəşidoğlu yazır


Rusiyanın əsas təbliğatçılarından olan “Milyarderlər İttifaqı”nın özünü buraxması çoxsaylı suallar doğurdu. Əsas sual isə hələ açıq qalır - Rusiya Azərbaycanda yenə də hakimiyyət dəyişikliyi həyata keçirmək istəyirmi, yoxsa artıq bu fikrindən daşındı? 

Son illər cərəyan edən proseslər Kremlin belə bir niyyəti olduğunu deməyə əsas verir. Belə bir məqsəd Rusiya üçün geosiyasi maraqlarına çatmaqdan ötrü lazım ola bilərdi. Lakin ən maraqlı sual da elə buradan meydana çıxır - tutaq ki, Azərbaycanda iqtidar dəyişikliyi baş verdi, ölkə diplomatiyasının kursu da dəyişəcəkmi? 

Bu suala cavab verə bilməkdən ötrü 1993-cü ildəki hakimiyyət dəyişikliyini xatırlamaq kifayət edir. O zaman da çoxları ehtimal edirdilər ki, qısa bir zamanda Bakı Moskvanın forpostuna çevriləcək. Lakin Azərbaycan MDB üzvü olmaqla kifayətləndi, kiçik manevrlərdən sonra birmənalı şəkildə Qərbə yönəlik siyasət yürütdü və “Əsrin müqaviləsi”nə imza atdı.

Elə o zaman bəlli idi ki, Azərbaycan bir daha Rusiyanın forpostuna çevrilməyəcək. Artıq o zaman təhlilçilər əmin idilər ki, Rusiya bölgədən çıxmağa başlayıb, bu, qarşısıalınmaz prosesdir. Nə Qarabağ probleminin həlli məsələsində, nə də ki digər mühüm məsələlərdə Rusiya əsas oyunçuya çevrilə bilməyəcək. Proqnozlar özünü doğrultdu. Lakin yenə də Azərbaycanda “rus təhlükəsi” barədə nağıllar populyarlıq qazanır.

Bir tərəfdən deyilənlərdə həqiqət payı da mövcuddur.

Bu gün sanki V.Putin olduqca qəzəbli görünür və Azərbaycan Avrasiya İttifaqına daxil olmayacaqsa, hakimiyyət dəyişikliyinin reallaşa biləcəyini nümayiş etdirir. 

Lakin burada bir məsələyə toxunmaq lazım gəlir. Hətta Rusiya öz namizədi olan baş nazirin sabiq müavini Abbas Abbasovu  açıq şəkildə dəstəkləsə belə, geri çəkilməli olur. Bu gün “Milyarderlər İttifaqı” özünü buraxır, lakin problemlər həll olunmamış qalır. Rusiyadan Azərbaycana milyonlarla soydaşımızın qayıdışı və bunun fonunda Kremlin parlament seçkilərində revanş götürmək ehtimalı var. Bu ehtimal reallaşsa belə, yenə də Kremlin ofsayda düşməsi ehtimalı az deyil. 

Xatırlatmaq yerinə düşərdi ki, Gürcüstanda Rusiyanın birmənalı agenti olan B. İvanişvili yeni baş naziri olduqdan sonra Tiflis daha çox qərbpərəst kurs sərgilədi. Elə bircə bu addım onu deməyə kifayət edir ki, hakimiyyət dəyişikliyi baş versə belə, bu, xarici siyasət kursunun dəyişməsi ilə sonuclanmaya da bilər.

Azərbaycanda da hətta ən ruspərəst bir sima iqtidara gələrsə, mövcud diplomatik kursun qorunub saxlanacağı ehtimalı xeyli dərəcədə böyükdür. Elə bu səbəbdən Kreml bu gün Azərbaycan hakimiyyətini laxlatmağa, zəiflətməyə cəhd göstərməklə yanaşı, onu devirməkdə qətiyyən maraqlı görünmür. Hazırkı qeyri-müəyyən bir dövrdə Rusiyaya mövcud Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq daha cəlbedici görünə bilər. 

Lakin bu da parlament seçkisinin taleyinin tam mənada həll olunması anlamına gəlmir.  Seçkilərə hələ var. Qarşıda gərgin mübarizə dayana bilər... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!”

Ən çox oxunanalar