Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən şəxs Azərbaycanda saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Mirqədir Qasımov tutulub.
pia.az