Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya dünyanın qorxunc röyasına çevrilib



Avropa Şurası “Ukrayna dərsi”nə görə Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib


Ölüsü və dirisindən bir xəbər çıxmayan Putin ölkəsini fəlakətə sürükləyə bildi.

Putinin imperiya ambisiyaları yalnız Ukrayna üçün deyil, eyni zamanda Azərbaycan üçün də təhlükəlidir. Kremlin hədəfi yenə də Bakıdır. Rusiya bölgədə hegemonluğa nail ola bilmək üçün Cənubi Qafqaz ölkələrinə təzyiqlərini artırır. Artıq demokratik dünya “rus ayısı”nın əməllərindən cana yığılıb. “Yumşaq güc” nümayiş etdirən ABŞ tədricən dünya ictimai rəyində mövqeyini və  nüfuzunu itirməyə başlayır. Onun yerinə həmin nüfuz və  mövqelər Rusiya və amerikalılara nisbətən qlobal hadisələrə təsir edə bilmiş ölkələrə keçir. Təbii ki, bu insan haqlarına sayğı ilə yanaşan bütün insanları narahat edir. Artıq dünyanın anti-demokratik ölkələri demokratik Qərbə qarşı birləşir. Neft və qazın şantaj aləti və manipulyasiya kimi istifadə olunmasının, bu amilin  daşımaların inhisara alınması cəhdinin heç bir hüquqi əsası yoxdur. Heç kim qonşunun ərazi bütövlüyünə müdaxilə edə, demokratik hərəkata təsir edə bilməz.

Prinsipcə, Rusiya çoxdan planlaşdırdığı siyasəti həyata keçirir. Təsadüfi deyil ki,  Krımı işğaldan sonra ardınca  Kreml  Qərblə bütün əlaqələrini kəsməyi planlaşdırır. Belə çıxır ki,  “Ukrayna dərsi” bir növ “qisas aksiyası”dır.

Amma Rusiya növbəti dəfə səhv edir. Şimal ölkəsi bununla öz ətrafındakı siyasi həlqəni bir az da daraldacaq. Təcrid prosesi labüd olacaq. Getdikcə aydınlaşır ki, Rusiya artıq MDB məkanının uzaqlaşan keçmişidir.

Ola bilsin, Rusiyanın bu səhvi onun üçün sonuncu olacaq. Vaxtilə keçmiş Yuqoslaviyada da Rusiya çox fəallıq göstərmişdi. Nəticəsi nə oldu? Separatçı rejimlər Rusiyanın əlində bəzi MDB ölkələrinin xarici siyasətinə təsir etmək, müstəqilliyini məhdudlaşdırmaq üçün vasitədir. Bu, əbədi asılılıq deməkdir. Baxmayaraq ki, bəzi rejimlər bunu əbədi dostluq kimi qələmə verirlər. Rusiyanın isə dostları yoxdur, onun əbədi maraqları var. Bu maraqlar bütün vasitələrlə Ukraynada və Cənubi Qafqazda qalmağı diqtə edir, çünki Cənubi Qafqaz Yaxın Şərqə çıxışdır, bura Şimali Qafqazın astanasıdır.

Cənubi Qafqazda da Baltikyanı respublikalarda olduğu kimi, birlik və həmrəylik olsaydı, Rusiyanın bu ərazini tərk etməsi asanlaşardı. Amma belə birlik yoxdur, Rusiyanın çoxəsrlik maraqları bu bölgəni ziddiyyətli hissələrə parçalayıb.

İndi hər şey geosiyasi templərdən asılıdır. Hər şey dünya birliyinin Rusiyaya ardıcıl təzyiqindən asılı olacaq. Bu təzyiqlər isə özünü daha artıq hiss etdirməkdədir.
Hətta münaqişəyə cəlb olunmayan ölkələr belə etiraf etdilər ki, bölgədəki sabitlik çox kövrəkdir. Elə dondurulmuş münaqişələrin də donu hər an açıla bilər. Bu isə Rusiyanın sabitlik potensialını heçə endirir. Bölgənin yeni təhlükəsizlik arxitekturasına ehtiyacı var. Nə MDB, nə  Kollektiv Təhlükəsizlik Müqaviləsi bunu təmin etmək iqtidarında deyil. Hər şey daha müasir əsaslarla qurulmalıdır. Bunun üçün isə bölgəyə NATO-nun gəlişi labüddür. NATO təkcə bölgədə geosiyasi nizam-intizam yaratmaq üçün lazım deyil. O, həm də üzv qəbul etdiyi ölkələrin daxili siyasi həyatına bir qayda gətirərdi, onları demokratiya istiqamətinə yönəldərdi. Bəzi ölkələrin NATO-ya qarşı ehtiyatlı münasibətinin əsasında məhz sonuncu amil dayanır. Özü avtoritar olan və avtoritar rejimləri dəstəkləyən Rusiya onlar üçün daha cəlbedicidir. ABŞ prezidenti deyir ki, dünyada azadlığın və demokratiyanın yayılmasını Rusiya öz maraqlarına təhlükə hesab edir.

Bu, həqiqətən də belədir. MDB getdikcə qorxunc strukturu xatırladır-saxta seçkilər, ömürlük prezidentlər...
Tarixi təcrübə göstərir ki, dünyada heç bir ideya azadlıqla rəqabət apara bilmir,  gec-tez azadlığa məğlub olur. MDB respublikaları da hələ də azad deyillər. Amma onların da azad olmasına çox qalmayıb. O gün gələcək. Yeni dünya nizamı, qloballaşma, demokratikləşmə sərhədlərini genişləndirməkdədir. Bu sərhədlərdə Putin kimi diktatorlara yer yoxdur... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar