Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya gəmilərinin Bakıya tez-tez gəlməsinin pərdəarxası


Ekspertlər bunun xoş məram daşımadığı qənaətindədir


Rusiya Xəzər Hərbi Donanmasının hərbi gəmilərinin heyəti Azərbaycana səfər edib. 

Dostluq səfəri çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri ilə işçi görüşü keçiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, HDQ-nin qərargahında keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyası Xəzər Donanması arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Politoloq Şahin Cəfərli öz facebook səhifəsində bununla bağlı narahatçılığını ifadə edən status paylaşıb. O bildirib ki, hələ SSRİ dövründə (ondan əvvəl isə Rusiya imperiyası zamanı) Bakı rusların Xəzər donanmasının əsas bazası olub: “SSRİ dağıldıqdan sonra Rusiya Bakıdakı donanma mərkəzini Həştərxana köçürməyə məcbur oldu. Son illər Rusiya rəhbərliyinin Xəzərə xüsusi önəm verməyə başladığı və buradakı donanmasını gücləndirdiyi göz önündədir. 2020-ci ilə qədər daha 6 yeni gəmi və kater donanmanın tərkibinə qatılacaq, hərbi texnikanın 90%-i yenilənəcək. Yəni donanma böyüyür. Donanmanın böyüməsi öz növbəsində yeni limanlara və gəmilərə xidmət göstərəcək yeni bazalara ehtiyacı artırır. Həştərxandakı hərbi-dəniz bazasının bir sıra çatışmazlıqları var. 

Əvvəla, qışda ora donur və gəmilərin dənizə çıxması üçün buzqırandan istifadə olunmasına ehtiyac yaranır, bu isə operativ reaksiya tələb olunan anda gecikmə deməkdir, üstəlik, gəmilərin buz parçalarına dəyərək zədələnməsi riski də var. İkincisi, Həştərxanda akvatoriyanın nisbətən dayaz olması böyük gəmilər üçün çətinlik yaradır. Rusiyanın Xəzərdə Mahaçqala və Kaspiysk limanları da var, amma belə görünür ki, onlar ehtiyacları tam ödəmir. Belə şəraitdə Bakının önəmi artır. Düşünürəm ki, Bakı keçmişdə olduğu kimi, Rusiyanın Xəzər donanmasının mərkəzi bazasına çevrilməsə belə, Moskva ən azı maraqlıdır ki, onun gəmiləri istənilən zaman Bakıya yanaşmaq, burada texniki xidmət, təmir və s. ehtiyaclarını təmin etmək imkanı əldə etsin. Bu, həm də Kremlin Azərbaycan üzərində təsir imkanlarının artması və Azərbaycanın suverenliyinin məhdudlaşması anlamına gəlir.

Əvvəllər Azərbaycan iqtidarı Rusiyanın təsirini və basqılarını ABŞ faktoru ilə neytrallaşdırmağa çalışırdı və buna nail də olurdu. Rusiyaİran bu əməkdaşlıqdan çox ciddi şəkildə narahat idi. Konkret nə baş verdiyini bilmirik, lakin son illər Azərbaycan-ABŞ əməkdaşlığının Xəzər komponentinin geriləməsi ortadadır. Bu geriləmə Rusiyanın irəliləməsi ilə müşayiət olundu. Rusiyanın ötən aylarda Xəzərdən qanadlı raketlərlə Suriyaya zərbələr endirməsi onun həm də Xəzərə hakim olmasının nümayişi idi. Bu durum şübhəsiz ki, Azərbaycanın milli təhlükəsizlik maraqlarına tam ziddir və ciddi risklər ehtiva edir... Şübhəsiz ki, Rusiya bunu özbaşına yox, formal da olsa, Azərbaycandan razılıq almaqla edirlər. Aparılan yanlış siyasət nəticəsində Xəzər regionunda yaranmış yeni reallıqlar isə bizim hökumətin Rusiyaya “yox” deməsinə imkan vermir".

Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl baş verən proseslərin ciddi narahatlıq doğurduğunu qeyd etdi: “Bu ilk belə hal deyil. İlk dəfə nümayişkaranə şəkildə 2013-cü ildə prezident seçkiləri ərəfəsində belə addım atdılar. Hətta deyərdim ki, bir ay həmin hərbi gəmilər, sadəcə, Xəzər sahilində deyil, bizim bulvarda da dayandılar. Sanki hamıya göz dağı verdilər ki, hərbi gəmilərimiz istədiyi qədər dayana bilər. Ondan sonra Bakıya yaxın olmasa da, Lənkərana yaxın yerdən Suriyaya zərbələr endirdilər. Seçki ərəfəsində onlar Xəzərdən bu şəkildə istifadə edirlər, insanlarda sanki xof yaratmaq istəyirlər. Bir tarixi hadisəni də xatırladım ki, 1920-ci ildə də bizə hücumlar təkcə Yalamadan yox, həm də Xəzərdən olmuşdu. Azərbaycanın Rusiya ilə münasibətləri elədir ki, onlar çox sərbəst şəkildə gəlib gedirlər. Keçmişdə sovet ordusunun qırmızı bayraqlı Xəzər donanması var idi. İndi də elə bilirlər ki, həmin donanma yenə də burdadır, gəmiləri sərbəst şəkildə gəlib gedə bilər. Bütün bunlar, sözün həqiqi mənasında, xoş deyil.

 Azərbaycanın müstəqilliyinə, suverenliyinə dırnaqarası baxmaqdır. Hər zaman bundan da bir təzyiq vasitəsi kimi istifadə edirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyinə görə, oktyabr ayında Xəzəryanı ölkələrin sammiti olmalıdır. Xəzərin yenidən bölünməsi müzakirə olunmalıdır. Düzdür, heç bir dəyişikliyin olmayacağını deyirlər. Amma 10 gün öncə İran XİN-in rəhbərinin Moskvada Lavrov və Putinlə görüşündə hər şeydən danışdılar, lakin Xəzərdən danışmadılar. Görüşdən bir saat sonra Lavrov dedi ki, bu barədə də söhbətimiz olub. Bilirsiniz ki, İranın mövqeyi Xəzərin indiki statusunun əleyhinədir. Daha çox ərazi götürmək istəyir. Bizim də sərvətlərimizin əsas mənbəyi Xəzərdədir. Rusiyaİran hələ də Xəzərin bölünməsini təzyiq vasitəsi kimə bizə qarşı istifadə edir. Düşünürəm ki, bunlar hələ davam edəcək. Çalışırlar ki, hərbi gəmilərinin bura gəlişlərini adət etdirsinlər. Rusiyanın burada hakimiyyət dəyişiklikliyi etmək fikri yoxdur. Sadəcə, məsələni gərginləşdirib, istədiklərini təmin etdirmək üçün bu cür təzyiq vasitələrindən istifadə edirlər. Nəzərə almaq lazımdır ki, təzyiqlər təkcə bizim seçkilərlə bağlı olmaya da bilər. Çünki beş aydan sonra öz seçkiləri var. Bu beş ayda da bizdən nəsə istəyə, yaxud tələb edə bilərlər. Rusiyanın həyasızcasına tələbləri az olmur. Təəssüf edirəm ki, ona imkan yaradılıb, Rusiyanın burnundan vurulmayıb. Bu məsələlərdə Kremlə olduqca böyük güzəştlər edilib”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar