Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya gəmisi hələ də Bakıdadı


Rusiyanın Həştərxan limanında qeydiyyatdan keçmiş “Vatan-1” quru yük gəmisinin heyəti Bakı limanında yanacaqsız, işıqsız və ərzaqsız qaldıqları barədə yeni məlumat yayıb.


Bakı limanına yaranmış borca görə saxlanılan gəminin iki aydan çoxdur davam edən probleminin həlli barədə yayılmış informasiyalar doğru deyilmiş və gəmi hələ də Bakı limanında qalır.

Rusiyanın “VTS-Trans” şirkətinə məxsus gəmi fevralın 6-da Bakı limanına yan alıb və gətirdiyi sement yükünü boşaldıb. Ancaq gəminin dörd mühərrikindən üçü sıradan çıxdığı üçün “Vatan-1” günlərlə limanda boş dayanıb. Nəticədə Bakı limanına 100 min dollardan çox borc yaranıb. Gəminin sahibi olan şirkət yaranmış problemi aradan qaldırmayıb və Azərbaycanın Dövlət Dəniz Administrasiyası gəminin ölkənin ərazi sularını tərk etməsinə qadağa qoyub.

Ancaq “Vatan-1” Bakı limanından çıxarılıb və gəmi sahildən 10-15 kilometr məsafədə açıq sularda dreyf etməkdədir.

Heyət üzvləri üzləşdiklərri acınacaqlı vəziyyət barədə internet vasitəsilə müraciət etdikdən sonra məsələ ictimailəşib. Həştərxan vilayətinin qubernatoru, Rusiyanın və Ukraynanın (heyət üzvlərindən 6-sı Ukrayna vətəndaşıdır) Bakıdakı səfirlikləri, Azərbaycanın Dövlət Dəniz Administrasiyası, habelə gəminin sahibi olan “VTS-Trans” şirkətinin sahibləri problemlə bağlı müzakirələr aparıblar.

Nəhayət, aprelin 10-da Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib ki, problem həll olunub və növbəti həftə gəmi limanı tərk edəcək. Çünki gəminin sahibi olan şirkət limana olan borcunu ödəyib.



Heyət üzvləri isə “Kavkazskiy uzel” portalına bildiriblər ki, böhranlı vəziyyət qalmaqdadır. Belə ki, gəmi aprelin 11-də reydə qoyulub, vəd edilib ki, iki gündən sonra gəmi limanı tərk edə biləcək. Ancaq aprelin 17-nə qədər heç nə dəyişməyib.

“Aprelin 16-da gəmiyə cəmi 3 günlük ərzaq veriblər. Yanacaq tamam bitib, artıq iki gündür ki, generatorlar işləmir, elektrik yoxdur. Heyət üzvlərindən biri ürək çatışmazlığı sindromu ilə Bakı xəstəxanalarından birinə yerləşdirilib. Gəminin sahibi zənglərə cavab vermir, heyət üzvlərinin aylarla ödənilməyən maaşları hələ də verilmir” - deyə 3-cü mexanik Maksim Ponamarçuk bildirib.

Gəmi ətrafındakı situasiya ilə bağlı Rusiya və Ukraynanın Bakıdakı konsulluqları məlumatlandırılıb, Həştərxan qubernatoru da situasiyanı diqqətdə saxlayır. Kapitan Timur Kamalov bütün mümkün instansiyalara məlumat verdiklərini deyir.

“Bilmirik daha kimə müraciət edək, Azərbaycanda hara müraciət edəcəyimizi bilmirik. Gəmi sahibi gəldi və getdi, vəd olundu ki, hər şeyi yoluna qoyacaqlar. Ancaq ortada heç nə yoxdur. Gəmidə yanacaq yoxdur, pulumuz yoxdur, getməyə imkanımız yoxdur. Qalmışıq burda əsir-yesir” - deyə kapitan bildirib.(Virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar