Rusiya və Azərbaycan arasında investisiyaların müdafiəsi haqqında hökumətlərarası razılaşma imzalanıb
Razılaşma prezidentlərin Həştərxan görüşünün danışıqlarının nəticəsinə görə baş tutub.
Hal-hazırda Azərbaycanda Rusiya kapitalı ilə 570 şirkət işləyir. Rusiya tərəfindən son illər ərzində Azərbaycanda əsas kapitala 628,4 milyon dollar sərmayə qoyulub. Ancaq son 10 il ərzində Rusiya iqtisadiyyatına Azərbaycan investorları 1 milyard dollar həcmində sərmayə yatırıb.