Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kəşfiyyatı xarici ölkələrdəki seçkilərə nə cür müdaxilə edir?


Merve Seren
Anadolu News Agency


Rusiyanın ABŞ-dakı son prezident seçkilərinin nəticələrinə kiber üsullarla müdaxiləsi yönündə müzakirələrin əsdirdiyi küləklər hələ sakitləşmədiyi dönəmdə Donald Trampın rus kəşfiyyatı ilə əlaqələri mövzusunda aparılan istintaqa rəhbərlik edən FBI başçısı Ceyms Kominin ani bir qərarla vəzifəsindən uzaqlaşdırılması böhranı daha da dərinləşdirib.

Prezident seçkisinə rus müdaxiləsinə bağlı CIA, FBI və NSA-nın ortaq şəkildə hazırladığı və yanvar ayında yalnız 25 səhifəlik qisimi açıqlanan kəşfiyyat hesabatı ABŞ siyasi tarixinin ən böyük siyasi qalmaqallarından birinə çevrildi. Siyasi təşkilatların elektron sistemlərinin "hack" edilməsi və oğurlanan məlumatların "WikiLeaks" kanalına sızdırılaraq ABŞ-da siyasi böhrana gətirib çıxarması KQB-nin uzun illərdir müraciət etdiyi "aktiv tədbir" ("siyasi təxribatlar") ilə "kiber əməliyyatlar" arasında birbaşa bağ qurulmasına səbəb oldu.


Kiber hücumlarda bənzər taktikalar

Rusiyanın digər ölkələrdəki seçkilərə marağı ABŞ prezident seçkilərin ilə bitmədi. Məsələn, Fransada 23 Aprel 2017 tarixdəki prezident seçkilərinin ilk turundan iki gün sonra informasiya texnologiyaları təhlükəsizliyi sahəsində ixtisaslaşmış kiber təhlükəsizlik firması "Trend Micro" (Tokio) rus hackerlərin prezidentliyə namizəd Emmanuel Makronun seçki kampaniyasını hədəfə aldıqlarını iddia etdi.

ABŞ kəşfiyyat təşkilatları "Pawn Storm" (başqa adla – "Fancy Bear" və ya "APT 28") adlı kiber casus qrupunun Rusiyanın hərbi kəşfiyyat xidməti QRU ilə bağlantısına diqqət yetirərkən, "Trend Micro"lu araşdırmaçı Feyke Hakebord "Pawn Storm"un istifadə etdiyi digital infrastrukturdan Makronu hədəfə alan saxta "web domain"i təsbit etdiklərini açıqladı. Digər tərəfdən, Hakebord Makrona qarşı hücumlara dair rəqəmsal barmaq izlərinin 2016-da H.Klintonun seçki kampaniyasını icra edən Demokratik Milli Komitənin (DNC) və 2016-nın aprel-may aylarında Almaniya kansleri Merkelin partiyasını hədəf alan hücumlarla bənzər olduğunu vurğuladı.

Bu proseslər kəşfiyyat dünyasında "informasiya müharibələri" və "təsir əməliyyatları / nüfuz casusluğu" mövzularını yenidən gündəmə gətirdi. ABŞ-da davam edən müzakirələrdə Rusiyanın rəqib ölkələrin seçkilərini, ya da siyasi qərar qəbuluna təsiretmə məqsədilə kiber vasitələrlə icra etdiyi əməliyyatları, əsasında SSRİ DTK-sından miras qalan və Soyuq müharibə dövründəki "aktiv tədbirlər"lə əlaqələndirməyə dair müzakirələrin əsası oldu.

Tarixi bir istilah olan "aktiv tədbirlər" Rusiyanın kiber / informasiya əməliyyatları ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin bu il martın 20-də, açıq iclasda, "Rusiyanın aktiv tədbirlərinin  istintaqı – Open Hearing on Russian Active Measures Investigation" başlığı ilə müzakirəyə çıxarılıb.

Aktif tədbirlər və dərketmənin idarə olunması

Nümayəndələr Palatasının martın 15-də  "İnformasiya müharibəsi və əks-təbliğat" başlıqlı iclasında Fort Livenvortdaki Xarici Hərbi Araşdırmalar Ofisinin (FMSO) qocaman analitiki və Rusiya üzrə mütəxəssis olan Timoti L. Tomas, Rusiyanın "informasiya savaşı" konsepsiyasını "texniki" və "psixoloji" informasiya şəklində iki əsas kateqoriyaya ayırmışdı. 

Tomas kiber və ictimai medianın qarışdırma trendini və Rusiyanın ortaya çıxan yeni tendensiyalar və döyüş formasının əhəmiyyətli yenilənməsindən söz açdı.

Bu anlayış çərçivəsində Rusiya ənənəvi aktiv tədbirləri əks etdirən "online" taktika ilə əməliyyatlar icra etməkdədir. Məsələn, Rusiya ölkə daxili və öılkə xaricindəki siyasi gündəm və ideologiyasını reallaşdırmaq üçün bəzi müstəqil qruplardan istifadə edirdi.

1990-cı illərin əvvəllərindən etibarən, xüsusilə də Putinin ilk və daha sonra 2000-ci illərdəki iqtidarı dövründə FSB kompüter quldurluğu ilə məşğul olan "qaranlıq qruplar"la naməlum əlaqələr qurmağa başlamışdı. Bu döyüş tərzi, Yaxın Şərqdə cərəyan edən "vəkalət müharibələri"n sanki bir başqa versiyasını xatırladır.

Bəs "aktiv tədbirlər" anlayışı tam olaraq nə deməkdir?

Bu, ruscadakı "активные мероприятия" olub KGB tərəfindən bir sıra "təsiretmə fəaliyyəti"ni ifadə etmək üçün istifadə edilən çətir anlayışıdır. Ancaq qeyri-rus qaynaqlar bu anlayışı daha çox dar mənada "dərketməni idarəetmə"` ilə məhdudlaşdırır. O, rusların Sovet İttifaqı haqqında müsbət, düşmənlərinə dair isə mənfi hisslər yaratmaq vasitəsilə cəmiyyəti, ya da qərar alıcıların davranışlarına və fikirlərinə təsir üçün müraciət etdikləri örtülü vasitələr, ya da siyasi faaliyət başa düşülməlidir.

Aktif tədbirlərin ümumi xüsusiyyəti və məzmunu haqqında ən dəqiq açıqlamanı sabiq KGB general Oleq Kaluginin hələ 1998-ci ildə CNN-ə verdiyi müsahibədə ifadə edilib. Kalugin sovet kəşfiyyatının aktiv tədbiri sovet kəşfiyyatının qəlbi və ruhu adlandırıb və mahiyyətinin dağıdıcılıq – subversion olduğunu dilə gətirib.

Bu tətbiqlər, Kaluginə görə, kəşfiyyat məlumatı toplama fəaliyyəti yox, dağıdıcılıqdır. Sözügedən tədbirlər Qərbi güçsüzləşdirmək, başda NATO olmaqla Qərb ittifaqında uyğunsuzluq və ayrışma yaratmaq və ABŞAvropa, Asiya, Afrika və Latın Amerika xalqlarının gözündə zəiflətmək kimi məqsədləri nəzərdə tutur. 

Sovet dövründəki tətbiqlər

Kaluginin rəyini nəzərə aldıqda, "aktiv tədbirlər" anlayışı əslində, siyasi döyüş taktikasından başqa bir şey deyil. Bu taktika müstəqil (görünüşlü) təbəqə ya da qrupların təşkiletmə və onları maliyyələşdirmə, qapalı nəşrlər, mediada manipulyasiya, dezinformasiya, saxtakarlıq və təsir agentlərinin satın alınması kimi fəaliyyətləri ehtiva edir.

Fletçer R. Skoen və Kristogfer Lamb 2012-ci ilin iyununda Milli Strateji Araşdırmalar İnstitutunun hesabatında bu cür aktiv tədbirlərin son dərəcə dar əhatəli olduğunu irəli sürüblər. Onların rəyincə, Sovet İttifaqının aktiv tədbirlər proqramları qavrayış manipulyasiya üçün açıq, ya da örtülü əməliyyatlara, təşviş, sui-qəsd və hətta terrorizm kimi sahələri əhatə edib.

"Aktif tədbirlər" xüsusilə Xruşşov dövründə (1953-64) daha geniş şəkildə yenidən hazırlanıb. Soyuq müharibə dövründə o, rəqib ölkələrə qarşı dağıdıcı fəaliyyətlərdə istifadə olunub. Andropov dövründə (1967-82) KGB bu metodologiyadan istifadə edib.

1970-ci illərdə tərəf dəyişdirmiş KGB agenti Yuri Bezmenov, KQB-nin bu sisteminin dörd təməl mərhələsini açıqlayıb. Buna görə də, ona ədəbiyyatda "Dağıdıcı fəaliyyətin Bezmenov modeli" deyilir.

İttihamlar Trampı iqtidardan məhrum edə bilər

Soyuq müharibə dövrünün irsini əks etdirən "aktiv tədbirlər" indiki vaxtda kiber texnologiyanın də dövriyyəyə girməsi ilə çox daha geniş tətbiq sahəsinə çevrilib. Hazırda Rusiyanın bu taktikanı Ukraynadan tutmuş Çeçenistana qədər qarşıdurmaların olduğu bütün bölgələrdə tətbiq etdiyinə dair ümumi bir rəy var. 

Rusiyanın aktiv tədbirlərlə ABŞ və Fransadakı seçkilərinə təsiri bu ölkələrin daxili siyasətinə dərindən təsir etməkdədir.

Bu xüsusdakı iddialar hələ qətilik qazanacaq şəkildə isbat ediməsə də, bundan betərinin gözlənildiyinə dair şayiə və iddiaların ciddi nəticələr doğura bilər. Belə ki, bu gün ABŞ-da bəzi siyasi və kəşfiyyat təşkilatlarının yüksək mənsəbli rəhbərləri vəzifələrindən kənarlaşdırılıb.

Üstəlik, rus agenti olmaqla ittihamlanan və bəlkə də bir gün bu səbəblə ABŞ prezidenti də iqtidardan kənarlaşdırılacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar