Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya millətçi vətənpərvərləri Qarabağ münaqişəsi barədə


“Rusiya bugünkü Azərbaycan dövlətinin təşəkkül tapmasına böyük simpatiya ilə yanaşır”, - virtualaz.org xəbər verir ki, bunu “Den TV” internet kanalına müsahibəsində Rusiya milli vətənpərvər qüvvələrinin lideri, “Zavtra” qəzetinin baş redaktoru, İzbor klubunun sədri Aleksandr Proxanov bildirib


“Biz şadıq ki, Azərbaycanda xaos geridə qalıb. Şadıq ki, Azərbaycan dövlətçiliyi humanizm, beynəlmiləlçilik əsasında qurulur, orada bu yaxınlara qədər mövcud olan rusofobiya qalıqları aradan qaldırılıb. Şadıq ki, Azərbaycanda rus dili və rus icması özünü depressiya vəziyyətində hiss etmir.

Şadıq ki, Azərbaycan beynəlxalq arenada özünü getdikcə daha fəal göstərir, Böyük Yaxın Şərqdəki münaqişədə Azərbaycan getdikcə daha inamlı sülhməramlı tol oynayır. Azərbaycan Türkiyə, Rusiyaİranla gözəl münasibətlər yaradıb və bu dövlətlərlə münasibətlər gərginləşən zaman bu, Rusiya üçün olduqca vacib və faydalıdır. Buna görə də, fikrimizcə, Qarabağ ətrafında sülh məsələsi, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması, münasibətin yaranması birinci dərəcəlidir. Bu yaxınlarda baş tutmuş, AzərbaycanErmənistan prezidentlərinin göynəyən Qarabağ problemini göz-gözə müzakirə etdikləri yüksək səviyyəli görüşün keçirilməsinə şadıq”, - o deyib.



Proxanov həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında ictimai təşkilatlar arasında əlaqələrin dondurulması Rusiyada təəssüflə qarşılanır.

“Biz, İzbor klubu (Putinin milli-demokratik düşərgədəki tərəfdarlarının klubu – virtualaz.org) bu yaxınlarda sözügedən münaqişə rayonuna yaxın ərazidə geniş iclasımızın keçirilməsini istərdik. İnsanların hələ də həlak olduğu bu regionda bir daha sülhməramlı ideyaları, sülh ideyalarını, Rusiya üçün çox vacib olan bu problemin harmonik, humanist yolla həlli barədə danışmaq istərdik”, - Proxanov bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar