Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya terrorçu dövlət elan oluna bilər?


Davamlı olaraq dövlət terrorunda ittiham olunan Rusiyanın terrorçu dövlət elan olunması mümkündürmü?


Tofiq Abbasov: “Rusiyanı qaydasız döyüşdə dəf etmək çox çətin məqsəddir, çünki onun böyük müqavimət qabiliyyəti mövcuddur”.

Əhəd Məmmədli: “Bu olayda Rusiyanın cinayəti sübut edilsə də, dünya özünü yenə Rusiya ilə hesablaşmağa məcbur edəcək”.

Üç gün öncə Kiyevdə naməlum şəxslərin tanınmış rus jurnalist və müxalif fəal Arkadi Babçenkonu güllələyərək öldürdüyü haqda məlumat verilmişdi. Lakin ertəsi gün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak bildirdi ki, mayın 29-da Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır. Vasili Qritsakın sözlərinə görə, idarəyə jurnalistin qətlinin hazırlanması barədə əvvəlcədən məlumat daxil olub və bu terrorun qarşısı alınıb. SBU rəhbəri həmçinin jurnalistin qətlinin Rusiyada planlaşdırıldığını bildirərək Rusiyanın xüsusi xidmət orqanlarını ittiham edib. 

Sui-qəsdin sifarişində şübhəli olaraq həbs edilən Boris German ilkin məhkəmə prossesində bildirib ki, 30 nəfərə qədər insanın sifarişini verən Putinə bağlı olan bəzi bəzi fondları idarə edən və "Ukraynada terror aktlarının həyata keçirilməsində məsul olan" Vyaçslav Pivovarnik olub. Boris German etiraf edib ki, onun Pivovarniklə şəriki biznesi var.  

Jurnalist Babçenko da öz növbəsində bildirib ki, “Ukrayna xüsusi xidməti tərəfindən sui-qəsdə uğrayacağıma dair əvvəlcədən xəbərdar edildim. Sui-qəsdi edəcək adam muzdlu qatillə bağlı məlumatlar Rusiya ilə bağlı idi”.

Mayın 31-də Kiyev məhkəmələrindən birində keçirilən dinləmədə prokurorlar, Boris Germanı Rusiyanın qəsdini həyata keçirmək cəhdində ittiham ediblər. Ukrayna təhlükəsizlik xidməti (SBU) bildirir ki, Babçenkonun ölümünü səhnələşdirməklə ona qarşı sui-qəsdin qarşısı alınıb. Məhkəmə prokurorların Germanın mühakiməyə qədər 2 ay müddətində həbsdə saxlanması barədə ricasını təmin edib.

Mayın 31-də özünün “Facebook” səhifəsində Germanın vəkili Yevhen Solodko yazır ki, German Ukrayna-Almaniya müştərək silah istehsalı müəssisəsi “Schmeisser”in direktorudur. “Schmeisser” Ukraynada dövlətin mülkiyyətində olmayan yeganə silah istehsalçısıdır. Solodko bunu da yazır ki, German iddia edilən başqa qəsdçilərlə kommunikasiyada olub, amma qətl planı müzakirə olunmayıb.

Solodko iddia edir ki, German ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı mübarizədə Ukrayna ordusuna fəal dəstək verib və Babçenkoya sui-qəsd məsələsində də Ukrayna əks kəşfiyyatı ilə əməkdaşlıq edib. Lakin Ukrayna əks kəşfiyyatı Germanın bu iddiasını təkzib edib. 

Bu arada Ukraynanın dövlət UNIAN xəbər agentliyi bildirib ki, ölkənin şərqində separatçılara qarşı vuruşmuş Aleksey Çımbalyuk Babçenkoya qarşı sui-qəsdin icraçısı olmaqda ittiham edilir. Aleksey Çımbalyuk isə sosial şəbəkədə yazıb ki, ona bu sifarişi Boris German verib və o da öz növbəsində sui-qəsdlə bağlı Ukrayna kəşfiyyatını məlumatlandırıb. Kiyev bildirir ki, Rusiya kəşfiyyat orqanları Babçenkonun qətli üçün Germana 40 min dollar ödəyib. Bunun 10 mini icraçı üçün nəzərdə tutulubmuş.

Qeyd edək ki, son günlər Arkadi Babçenkonun sağ olması və bütün bunların xüsusi xidmət orqanlarının əməliyyatı olduğu haqda açıqlaması isə dünya mediasının əsas müzakirəsinə çevrilib. Ukrayna xüsusi xidmət orqanları bildirirlər ki, Arkadi Babçenkonun və 30-a yaxın digər şəxslərin Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülməsi planı olub. Londonda keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənmələrindən sonra dövlət terroru ittihamı ilə  bu dəfə Ukrayna rəsmiləri çıxış edib və Ukrayna öz ittihamlarını sübut edərsə, yaranan vəziyyət heç də Rusiya üçün ürəkaçan görünmür. Çünki Skripal hadisəsindən sonra Rusiyaya qarşı beynəlxalq aləmdə ən yüksək şəkildə təzyiqlər və təpkilər oldu. Qərb dövlətlərinin demək olar ki, hamısı Rusiya diplomatlarını öz ölkələrindən çıxardılar. 

Onu da qeyd edək ki, jurnalistin ölümünün Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən imitasiya olunması heç də birmənalı qarşılanmayıb. Bir sıra beynəlxalq təşkilatlar Ukrayna Təhlükəsizlik Xidmətini bu düzməcəyə görə qınayıblar. Maraqlıdır ki, Rusiya Ukraynanın bu ağır ittihamlarına qarşı bir qədər səbrli davranır və hiss olunur ki, Kreml məsələnin böyüdülməsində maraqlı deyil. 

Skripal hadisəsini də xatırlasaq, Ukrayna bu iddialarını sübut edərsə, Rusiyaya qarşı hansı yeni təzyiqlər edə bilər və ümumiyyətlə Rusiyanın terrorçu dövlət elan olunması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasov və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Image result for tofiq abbasov
Tofiq Abbasov: “Rusiyani terrorçu dövlət elan etmə etimalına gəlincə,  əslində məqsəd məhz bundan ibarətdir”.


Son zamanlar Rusiyaya qarşı qarayaxma kampaniyasının genişləndiyini vurğulayan politoloq Tofiq Abbasova görə, əsas məqsəd Rusiyanı təkləməkdən ibarətdir:

“Sözügedən iddialar göründüyü kimi, xüsusi xidmət orqanlarının ərsəyə gətirdiyi gedişlərdir. Arkadi Babçenko əhvalatının xüsusiyyət və təfərrüatları artıq gizli sxemlərin arxasında duran qüvvələrin özlərinə qarşı işləməsindən xəbər verir. Əslində Skrepallar qalmaqalı Rusiyanın üzərində qalmadı. Əksinə İngiltərə siyasi dairələrini çıxılmaz vəziyyətə saldı. Çünki sübut və dəlillər baxımından ittiham edən tərəf özü-özünü ifşa etdi. Ümumiyyətlə, Rusiyaya qarşı qarayaxma kampaniyası geniş vüsət alıb və bu proses heç də dünya nizamına yüngüllük gətirmir. Əksinə qarşıdurma meylləri güclənərək dünya çapında parçalanma cərəyanını dərinləşdirir.

Rusiyani terrorçu dövlət elan etmə etimalına gəlincə, əslində məqsəd məhz bundan ibarətdir. Lakin bu məqsədə çatmaq üçün Moskvanın düşmənləri bədxahlarla birlikdə gərək elə bir genişmiqyaslı əməliyyat həyata keçirsinlər ki, o sözün əsl mənasında tərki-silah olsun. Bu isə çox çətin məsələdir, daha doğrusu, əlçatmaz məsələdir. Bu kontekstdə Rusiyanı təkləmək qeyri-mümkündür. Çünki bu məmləkətin böyük potensialı müqabilində həm də çoxsaylı tərəfdaş və müttəfiqləri var. Həm də Rusiyanı qaydasız döyüşdə dəf etmək də çox çətin məqsəddir, çünki onun böyük müqavimət qabiliyyəti mövcuddur”.

Image result for əhəd məmmədli

Əhəd Məmmədli: “Rusiya güclüdür və bu dövlət güclü olana qədər heç kəs onu cəzalandıra bilməyəcək”.


Rusiyanın terrorçu dövlət elan edilməsinin qeyri-mümkün olduğunu qeyd edən politoloq  Əhəd Məmmədlinin fikrincə, bu məsələdə də dünya Rusiya ilə hesablaşmalı olacaq:

“İndiki şərtlərlə Rusiyanın terrorçu dövlət kimi tanınması mümkün deyil. Çünki Rusiyanın atom bombası var. Rusiya Avropa ölkəsi Ukraynanın 20% torpaqlarını işğal edib, buna rəğmən Almaniya və Fransa liderləri Putinin ayağına gəlib onunla görüşürlər. Çünki dünyada ədalət deyil, güc hömranlıq edir. 

Təyyarələr vurulur, hər kəs Rusiyanı günahlandırır, amma Rusiyaya heçnə edə bilmirlər. Əksinə yenə Rusiyaya yüksək səviyyəli bərabərhüquqlu tərəfdaş kimi baxırlar. Ukraynada baş verənlərə isə bir siyasi şou kimi baxıram. Ukrayna prezidenti Pyotr Poraşenko isə  daxilə oynayır. Bu olayda Rusiyanın cinayəti sübut edilsə də, dünya özünü yenə Rusiya ilə hesablaşmağa məcbur edəcək. Çünki Rusiya güclüdür və bu dövlət güclü olana qədər heç kəs onu cəzalandıra bilməyəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar