Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və ABŞ arasında Qarabağ savaşı


Əgər iyunda prezidentlər sülh danışıqlarına başlayacaqlarsa və xüsusilə də 7 rayondan erməni qoşunlarının çıxarılmasını özündə ehtiva edən razılaşma üzərində iş gedəcəksə, onda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı normal qarşılamaq olar


Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib.

 Politoloq Vyana görüşünün bitmədiyini və əsas proseslərin hələ qabaqda olduğunu deyib:
 
“Əgər gedişat bir ay bundan əvvəl Medvedyevin dediyi kimi dondurulma ilə başa çatarsa, yəni status-kvonun dəyişdirilməsinə xidmət etməyən qərarlar alınarsa, onda bu, heç də regionda sülhün möhkəmləndirilməsinə xidmət etməyəcək. Hiss olunur ki, Amerika ilə Rusiya arasında ciddi mövqe mübarizəsi olub. İlkin nəticələrdən belə görünür ki, bu mövqe mübarizəsində Rusiya daha israrlı olub və yəqin ki, Fransanın da köməyinin burada rolu var. Yəni atəşkəs rejiminə monitorinq sistemi və buna bənzər bir sıra mexanizmlərin işlənib hazırlanması ideyası işə keçsə də, bu, münaqişənin həllinə doğru atılmış müsbət addım deyil; bu, işğalçıların ərazilərimizdən çıxarılması prosesi də deyil. Düzdür, Vyanada gələcək sülh danışıqları haqqında fikirlər səslənir. Ancaq məsələ burasındadır ki, erməni tərəfi danışıqların getdiyi məqamda belə atəşkəsi pozdu. İndi yeni reallıq yaranıb və bunları nəzərə alaraq, müəyyən razılaşmalara gedilə bilər. Hər halda siyasi rəhbərlik hazırkı vəziyyəti daha yaxşı bilir”.
 
Politoloqun sözlərinə görə, atəşkəs rejimi ilə bağlı monitorinq sistemini təmin edən mexanizmlərə nəzarət edəcək mütəxəssislərin gətirilməsi ön plana keçərsə, Azərbaycan sözsüz ki, daha formalaşmış mövqe ortaya qoyacaq:
 
“Hələ ki, razılaşmalarda işğalçı tərəfin əl-qolunu bağlayan addımların şahidi olmuruq. Bundan sonra sülh prosesi üzərində iş gedəcəksə və bu işin birinci addımı kimi hadisələr erməni qoşunlarının 7 rayondan çıxarılması ilə  nəticələncəksə, onda Vyana görüşünün qələbə ilə bitdiyini söyləmək olar. Yox, əgər hər şey ermənilərin maraqlarına xidmət edən monitorinq sisteminin yaradılması ilə bitəcəksə, demək, bu qədər yüksək səviyyədə təşkil olunan Vyana görüşü də nəticəsiz qalacaq”.
 
Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Görüşdə Minsk Qrupunun həmsədrləri, həmsədr ölkələrin xarici işlər nazirləri, AzərbaycanErmənistan XİN başçıları, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar