Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və ABŞ silah ixracatı üzrə liderdir –Araşdırma


Beynəlxalq Araşdırma İnstitutunun bu yaxınlarda apardığı araşdırmanın nəticələri göstərir ki, Rusiya və ABŞ əvvəlki tək dünyada ən böyük silah ixracatçısı olan ölkələrdir və ixrac olunan silahın, təxminən, yarısını istehlak edən bölgə əvvəlki kimi Yaxın Şərqdir


Bir sıra ölkələrdə “müharibə və münaqişələr üçün şərait” yaradan bəzi ölkələr bu cür ölkələrə silah satışı üzrə məqsəd izləyir. Bəziləri isə kiminsə yaratdığı permanent müharibələr vəziyyətindən ancaq mənfəət götürməyə cəhd edi və eyni məqsədi güdməklə kommersiyaya əl atır. Və əslində, iri silah istehsalçıları bu və ya digər ölkənin siyasi dairələrində və hökumətində öz maraqlarını lobbiləşdirib daimi müharibə və münaqişələrin bürüdüyü bölgələrə silah satışı həcminin artırılması üçün şəraitin formalaşdırılmasında az rol oynamır.  

Silah istehsalını, ən azı, Qərbi Asiya bölgəsində lobbiləşdirən qüvvələrin əl atdığı mexanizmlərdən biri “İran xofu”dur. Bu xofla “oynayaraq” Fars körfəzinin ərəb monarxiyaları arasında bu cür vahiməni süni şəkildə yayır və bu qayda ilə bu balaca, lakin çox varlı dövlətlərin xəzinələri milyardlarla dollar şəklində xaricə çıxarılıb silah alışına sərf olunur. Lakin Birləşmiş Ştatlar həmişəki kimi bu prosesdə özünün “xüsusi” rolunu oynayır və lap təzə strateji məlumatlara uyğun olaraq ən böyük silah “satıcı”-ixracatçılarından biridir.

“Sputnik” agentliyinin məlumatına isnad edən “Tasnim” informasiya agentliyinin məlumatına əsasən, Sülh İnstitutu bu günlərdə xəbər verib ki, RusiyaABŞ keçən beş ildə dünya silah ixracatında liderlik mövqeyini etibarlı şəkildə saxlayıb və ümumdünya ixracatının 56 %-i məhz onlara məxsusdur. Həmin məlumatlara görə, Amerika son beş il müddətində bu sahədə dünya lideri olub və ümumdünya silah bazarının üçdə birinə nəzarət edib. Həmin dövrdə ABŞ-dan silah ixracatı həcmi 2007-2011-ci illər dövrü ilə müqayisədə 21%-dən çox artıb. Özü də Amerikanın bütün silah ixracatının haradasa yarısı Yaxın Şərq bölgəsinin payına düşür.

Sülh İnstitutunun hazırladığı məruzədə deyilir: “ABŞ dünyanın, təqribən, 100 dövlətinə silahın bütün əsas növlərini təklif edir. Amerika silah ixracatının ümumi həcmində ən böyük payı qanadlı raketlər və idarə olunan digər sursatlarla, həmçinin ən son nəsil RƏM sistemi ilə təchiz edilmiş hərbi qırıcı təyyarələr təşkil edir”.

Rusiya öz növbəsində silah ixracı siyahısında ikinci yerdə gedir və bu ölkənin dünya silah bazarındakı payı artıq 23%-ə yetişib. Hindistan, Vyetnam, ÇXR və Əlcəzair Rusiya silahlarının əsas alıcısıdır. Məhz bu dörd ölkə Rusiya silahı ixracatının ümumi həcminin 70%-dən çoxunu təşkil edir.

Həmçinin Stokholm Beynəlxalq sülh araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı silah və hərbi texnika idxal edən dünya ölkələri siyahısına başçılıq edir. Hindistan 2012-2016-cı illər dövründə bütün ümumdünya silah idxalı həcminin 13%-i təşkil edib. Həmin siyahıda onun ardınca isə öz mövqelərini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Əlcəzair tutur.(Strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar