Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Azərbaycan ortaq hərbi qurum yaradır


Bu barədə müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri zamanı məlum olub; ölkə prezidenti səviyyəsində qəbul edilən qonaq ölkəmizə İŞİD təhlükəsindən danışıb, Azərbaycanı “strateji tərəfdaş” adlandırıb...


Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıda səfərdədir. Dünən o, prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşərək danışıqlar aparıb.

Azərbaycan prezidenti nazirlə görüş zamanı iki ölkə arasında əməkdaşlığın dinamik inkişaf etdiyini söyləyib. Ölkə başçısının sözlərinə görə, AzərbaycanRusiya arasında bütün səviyyələrdə əməkdaşlıq var və hərbi sahə də daxil olmaqla, əlaqələr dinamik inkişafdadır.
Öz növbəsində S.Şoyqu Azərbaycanla Rusiyanın müxtəlif sahələr üzrə əməkdaşlığının çox əhəmiyyətli olduğunu vurğulayıb: “İki ölkənin hərbi-texniki əməkdaşlığı, onun qiymətləndirilməsi, müasir silah satışı üzrə göstəricilərdə həqiqətən də dinamika mövcuddur və bu, gələcəkdə də davam etdiriləcək”.

Virtualaz.org-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, səfərin yekunlarına əsasən Rusiya ilə Azərbaycan Xəzərdə kollektiv təhlükəsizlik sistemi formalaşdıracaq. Bu yeni strukturun elementlərindən biri Xəzəryanı ölkələrin hərbi-dəniz qüvvələrinin komandanlarının Şurası olacaq. Bildirilir ki, bu razılaşma Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunlarından biridir. 

Müdafiə naziri Z.Həsənovla görüşdə Şoyqu Azərbaycanı Rusiyanın strateji tərəfdaş adlandırıb. “Bizim regional səviyyədə stabilliyin və təhlükəsizliyin təmin olunmasında birgə maraqlarımız az deyil. Hazırda Yaxın Şərqdə, İraqSuriya ərazisində baş verənlər həm Azərbaycan, həm Rusiya üçün terror təhdidinə çevrilə bilər. Biz sıx əməkdaşlığa, Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün birgə səyləri artırmağa hazırıq. Bunun üçün hüquqi baza artıq formalaşıb” - Şoyqu qeyd edib.

Azərbaycan rəhbərliyi ilə danışıqları başa vurandan sonra jurnalistlərə danışan Şoyqu deyib ki, əsas nəticələrdən biri Xəzər dənizində birgə hərbi əməkdaşlıqdır. “Bu məqsədlə biz Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaratmaq perspektivlərini müzakirə etdik, həmçinin birgə döyüş və əməliyyat hazırlığı tədbirləri haqda danışdıq. 2015-ci ildə Xəzərdə bir sıra birgə hərbi təlimlər nəzərdə tutulur”, - deyə o bildirib.

Rusiya müdafiə nazirinin Bakı səfəri bir neçə aspektdən diqqət çəkir. Birincisi, səfər Rusiya-Qərb qarşıdurmasının getdikcə daha da dərinləşməsi və Yaxın Şərqdə cərəyan edən proseslər. Hər iki məsələdə rəsmi Moskva sırf öz maraqlarından çıxış edərək Qərbdən fərqli yanaşma sərgiləyir, Azərbaycan isə bu məsələlərdə neytrallıq saxlamağa çalışır. Eyni zamanda qardaş Türkiyənin yanında olacağını bəyan edir. Moskva isə Bakını öz siyasi-hərbi təsir zonasına, o sırada Avrasiya layihələrinə cəlb eləməyə çalışır.

Onu da əlavə edək ki, Şoyqunu ölkəmizə səfəri ilə eyni gündə Rusiya Ermənistanda geniş miqyaslı hərbi təlimlərə start verib. Oktyabrın 13-dən 19-na kimi Ermənistanda Rusiyanın cənub hərbi dairəsinin hərbi bazasına aid bütün hərbi hissələrin qatılacağı taktiki təlimlər başlayıb. Təlimlərdə 3 minə yaxın hərbi qulluqçunun, 500-ə yaxın hərbi və xüsusi texnika vahidinin və İrəvan yaxınlığındakı Erebuni məntəqəsində dislokasiya edilmiş Rusiya aviasiya birləşməsinə məxsus “MiQ-29" qırıcılarının iştirakı gözlənilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar