Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Gürcüstanla sərhəddəki problem həll olundu


Azərbaycanın Rusiya və Gürcüstan ilə sərhəddəki gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə çalışır və bir neçə gün əvvəl Gürcüstanın Daryal dərəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı yaranmış növbələr aradan qaldırılıb


Bu barədə "Trend”-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.

DGK-dan qeyd olunub ki, hazırda "Sınıq Körpü" və "Samur" nəzarət-buraxılış məntəqələrində (NBM) intensiv iş gedir, Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya sərhədindən sərbəst keçid təmin edilib.

Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi nəticəsində Türkiyəyə tranzit yük daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük axın Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində növbələrin yaranmasına gətirib çıxarıb.

Çərşənbə günü Gürcüstanın Gəlirlərin İdarə Edilməsi Xidmətindən (gömrük və vergi orqanlarının funksiyalarını uyğunlaşdıran struktur) bildiriblər ki, müvafiq strukturlar fövqəladə rejimdə təbii fəalkətin nəticələrinin aradan qaldırılması üzərində işləri davam etdirirlər.

Xidmətdən deyiblər: "Kazbeqi NBM-in (Rusiya tərəfdən Yuxarı Lars) açılışı barədə konkret tarix söyləmək mümkün deyil, amma çox güman, 10 gün ərzində açılacaq. Dəymiş ziyan 3 milyon dollar həcmində qiymətləndirilir, lakin Gürcüstan sərhəd məntəqəsində avtomobil skanerini bərpa edə bilməsək, ziyan daha çox ola bilər. O bahalıdır və əgər dəyişmək lazım gələrsə, 10-12 milyon dollara başa gələcək".

Hazırda Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsinin nəticələrinin aradan qalıdırılması üzrə işlər davam etdirilir. Paralel olaraq sürüşmə zamanı itkin düşmüş "Daryal" SES-in fəhləsinin də axtarışları aparılır.

Çərşənbə günü Gürcüstanın Regional İnkişaf və İnfrastrukturlar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda sürüşmə nəticəsində bağlanmış Gürcüstan Hərbi yolunun bir hissəsi təmizlənib və yolun iki kilometr uzunluğunda olan digər hissəsinin təmizlənməsi həyata keçirilir.

Devdoraki dərəsində sürüşmə proseslərinin monitorinqi üçün meteoroloji stansiya quraşdırılıb. Stansiya yağıntıların miqdarını, temperaturu, atmosfer təzyiqini avtomatik rejimdə ölçür. Bununla yanaşı, dərədəki vəziyyətə seysmik stansiyalar tərəfindən nəzarət edilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar