Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyə Baş qərargah rəislərinin Azərbaycanda məxfi görüşü olub?

Rusiya və Türkiyə silahlı qüvvələrinin Baş qərargah rəislərinin görüşünə dair ziddiyətli məlumatlar yayılıb


Xəbər verildiyi kimi əvvəlcə Türkiyə mənbələri ordu generalları Hulusi Akarla Valeri Gerasimovun avqustun 25-də Ankarada görüşəcəklərini xəbər verib. Bu barədə rəsmi “Anadolu” agentliyi məlumat yayıb.

Lakin daha sonra elan edilib ki, görüş təxirə salınır. Rusiya tərəfi isə ümumiyyətlə belə görüşün planlaşdırılmadığını açıqlayıb. Baş qərargah rəislərinin görüşlərinin təxirə salınması ekspert dairələrində müxtəlif rakurslarda şərh edilir.



Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev isə hesab edir ki, generalların görüşünə dair ziddiyətli məlumatların yayılmasında məqsəd bu görüşü məxfi keçirməkdir. Onun fikrincə, generallar Hulusi Akarla Valeri Gerasimov bölgədə yaranmış hərbi-siyasi vəziyyəti müzakirə etmək üçün hökmən görüşəcəklər. Çünki onlar “müxtəlig cür münaqişələrdən qaçmaq üçün” bir çox məsələlərdə anlaşma əldə etməlidir.

“Mən hesab edirəm ki, Baş qərargah rəislərinin görüşü hazırlanır. Və bu görüş yaxın vaxtlarda baş tutacaq, buna şübhə etmirəm. Lakin görüş məxfi olacaq ki, heç kim ondan xəbər tutmasın və KİV-lər yazmasın. Belə görüş haradasa Azərbaycan və ya Qazaxıstan ərazisində baş tuta bilər. Görüşün məxfi təşkil edilməsi Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatlardan irəli gəlir”-Perenciyev Rusiya KİV-lərinə bildirib.



Onun sözlərinə görə, Baş qərargah rəisləri görüşməlidir ki, Suriyada Türkiyə və Rusiya qüvvələri arasında hansısa təsadüfi toqquşma baş verməsin, baş versə də bu irimiqyaslı münaqişəyə keçməsin. “Bu, sırf hərbi-taktiki məsələdir. Generallar səlahiyyətlərin bölüşdürülməsini, terrorçulara qarşı fəaliyyət taktikasını, Türkiyə ordusunun Əsəd qüvvələri ilə koordinasiyası kimi məsələləri müzakirə etməlidir”-ekspert əlavə edib.(Virtualaz.org)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar