Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyənin enerji əməkdaşlığının Azərbaycana təsiri



“Atlas” Araşdırmalar Mərkəzi “RİA-Novosti” agentliyi ilə birgə Türkiyə-Rusiya yaxınlaşması mövzusunda mətbuat konfransı keçirib


Dekabrın 9-da “Atlas” Araşdırmalar Mərkəzi “RİA-Novosti” agentliyi ilə birlikdə Türkiyə-Rusiya yaxınlaşması mövzusunda mətbuat konfransı keçirdi. Konfransda əsas məruzəçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun mövzu ilə bağlı təhlili təqdim olundu. Mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Öncü Keçəli də iştirak edirdi.

Politoloq, “RİA-Novosti” Agentliyinin əməkdaşı İlqar Vəlizadə bildirdi ki, Rusiya-Türkiyə əlaqələrində son gəlişmələr, xüsusən də Putinin Türkiyəyə səfəri geniş müzakirələrə səbəb olub. Eyni zamanda həm Azərbaycanda, həm də Rusiyada bu prosesin gələcəyi ilə bağlı çoxlu sayda suallar meydana çıxıb. 



Politoloq Elxan Şahinoğlu Putinin Türkiyəyə səfərinin bir canlanma yaratdığını söylədi. Onun fikrincə, Ukrayna hadisələrinə görə Rusiya Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. Bu səbəbdən Putinin səfəri maraqla qarşılanıb: “Rusiya prezidentinin səfərində ən mühüm məsələ enerji sahəsində əməkdaşlıqdır. Heç kimin gözləmədiyi halda Rusiya prezidenti bəyan etdi ki, ölkəsi ”Cənub axını" layihəsindən imtina edir, əsas qaz resurslarının Türkiyə üzərindən daşınmasında maraqlıdır. Belə görünür, həm Türkiyə, həm də Rusiya bundan razıdır. Bundan başqa, hər iki ölkə arasında anlaşma digər sahələri, o cümlədən kənd təsərrüfatı, tekstil sənayesi və digər sahələri əhatə edir". 

Rusiya-Türkiyə əməkdaşlığının Cənubi Qafqaza təsirinə toxunan ekspert mövzunun Azərbaycanda geniş müzakirə olunduğunu dedi: “Burda iki istiqamət var. Birincisi, enerji sahəsində əməkdaşlıqdır. Hiss edirəm ki, Azərbaycanda bu məsələyə iki baxış var. Birinci baxış ondan ibarətdir ki, Rusiya ilə Türkiyə arasında yeni enerji əməkdaşlığı Azərbaycana mənfi təsir edə bilər. Yəni TAP, TANAP kimi layihələrə maraq azala bilər. Ancaq düşünürəm ki, bu məsələdə həqiqət azdır. 

Çünki onsuz da Azərbaycan öz qazını Türkiyəyə Rusiyaİrandan ucuz satır. Digər tərəfdən, Türkiyə hökumətinin şaxələndirmə siyasəti var. Yəni bir ölkədən asılı olmamaq. Türkiyə üzərindən Avropaya daşınacaq Azərbaycan qazı Türkiyənin regionda siyasi nüfuzunun artmasına kömək edə bilər. Avropada Azərbaycan qazına maraq artacaq. Rusiya-Türkiyə əlaqələrində ikinci mühüm məqam Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Ərdoğanla Putin arasında 3 saat davam edən görüş zamanı çox güman ki, bu məsələ də müzakirə olunub. Rusiya anlamalıdır ki, münaqişənin həlli onun, hətta Ermənistanın da maraqlarına uyğundur. Bu mənada top indi Rusiyanın meydanındadır. 



Əgər indiki fürsətdən istifadə edib münaqişənin həllinə nail olunmasa, o zaman bu, sonradan ikitərəfli münasibətlərə mənfi təsir edəcək”.

Türkiyə səfirliyinin müşaviri Öncü Keçəli rəsmi Ankaranın Rusiya ilə ticarət sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirdi, qeyd elədi ki, zaman-zaman iki ölkə münasibətlərində dəyişiklik olsa da, münasibətlər davam edib. Hazırda Rusiya və Türkiyə arasında ticarət dövriyyəsinin 32 milyard dollar olduğunu deyən çıxışçı  Ö.Keçəli Türkiyənin istehlak etdiyi illik qaz normasının 60 faizə qədərini Rusiyadan aldığını bildirdi. Ancaq onun sözlərinə görə, bu, o demək deyil ki, əlaqələr hər sahədə yüksək səviyyədədir: “Prezidentimiz Rusiya prezidenti ilə görüş zamanı bunu açıq şəkildə qeyd etdi. Bizim Rusiya ilə Suriya mövzusunda, Ukraynanın ərazi bütövlüyü, Krım tatarlarının taleyi mövzusunda bəzi anlaşılmazlıqlar var. Biz bunu açıq şəkildə müzakirə edirik. Əslində ”Qazprom"la “Botaş” arasında bir niyyət protokolu imzalanıb. Bu sənədə görə tərəflər yeni qaz kəmərinin inşası məsələsində danışıqlara başlayırlar. Yəni zənnimcə, indidən bu layihələrin nəticələri haqda danışmaq asan deyil".

Qərbin Rusiyaya qarşı sanksiyalarına Türkiyənin qoşulmasına gəlincə, müşavir bildirdi ki, Rusiyanın Türkiyə ilə ticarət əlaqələri sanksiyalara aid deyil. Türkiyənin Rusiyaya əsasən kənd təsərrüfatı, ehtiyat hissələri və tekstil məhsulları ixrac etdiyini qeyd edən Ö.Keçəli bu məhsulların sanksiyalara aid edilmədiyini və bu səbəbdən də Qərb ölkələrinin Rusiya ilə əməkdaşlıq mövzusunda Türkiyəyə hər hansı iradının olmadığını söylədi. 

O, Azərbaycanla təbii qaz məsələsində əməkdaşlığın davamlı olacağını da söylədi: “Qarabağ münaqişəsinə gəlincə, biz yalnız Rusiya ilə deyil, Qərb ölkələri, AB, ABŞNATO toplantılarında da problemi müzakirə edirik. Biz hesab edirik ki, bu münaqişənin həll olunmaması bölgənin inkişafının qarşısını alır”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar