Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya xüsusi xidməti ilə əlaqələri Fərhad Əhmədovu bitirir: Mİ-6 oliqarxın izinə niyə düşüb?..


Britaniya hüquq-mühafizə orqanları Fərhad Əhmədovun offşor hesablarını incələməyə başlaması ilə bağlı iddialar var


Berezovskinin ölümünün müəammaları;  Fərhad Əhmədovun sərvətinin qaynağı; Fərhad Əhmədov İnterpolun qırmızı bülleteni ilə axtarışa verilə bilər…
 
Bir neçə gün əvvəl Rusiya mətbuatı azərbaycanlı milyarder Fərhad Əhmədovun London məhkəməsi tərəfindən keçmiş arvadı Tatyana Əhmədovaya uduzması ilə bağlı geniş məlumatlar yayıblar. Azərbaycan mətbuatının da ətraflı yer ayırdığı həmin məlumatlarda göstərilir ki, Böyük Britaniya məhkəməsi Fərhad Əhmədovu 12 il əvvəl boşadığı arvadının əmlak iddiası ilə bağlı işə baxıb və milyarderin əleyhinə qərar çıxarıb. 

Qərardan narazı qalan Fərhad Əhmədov London məhkəməsinin boşanmadan 12 il sonra qaldırılan iddiaya baxaraq onun sərvətindən 450 milyon funt-sterlinqin arvadına verilməsi barədə qərar çıxarılmasının ədalətsiz olduğunu bildirib. Fərhad Əhəmədov öz növbəsində məhkəməninin qərarına riayət etməyəcəyini və onun Böyük Britaniyada sərvətinin və sərmayəsinin olmadığını vurğulayıb. Eyni zamanda milyarder iş adamı artıq Böyük Britaniya vətəndaşı olmadığını da qeyd edib. Həmçinin Fərhad Əhmədov ironiya ilə bildirib ki, Lodon məhkəməsi bir qayda olaraq ancaq qadınların xeyrinə qərar verir. 

Doğrudanda , demək olar ki, bu məhkəmə prosesi bir absurd tamaşasıdır və hüquqi nihilizmdən başqa bir şey deyil. O da bəllidir ki, bütün dünyada anqlosaks hüquq sistemi ən ədalətli hüquq sistemi hesab olunur və bu London məhkəməsinin qərarlarının ədalətsizliyinə çox az adam şübhə ilə yanaşır.  Fərhad Əhmədovun isə məhkəmənin qərarından apellyasiya vermək istəməməsi, həmçinin birmənalı qaydada London məhkəməsini ədalətsizlikdə suçlaması belə deməyə əsas verir ki, əslində Fərhad Əhmədovun xzünün bildiyi bir həqiqət də varyəni əslində Fərhad Əhmədovun ictimaiyyətdən gizlətdiyi bir şeylər var.

Məsələ ilə bağlı Böyük Britaniyada yaşayan və Fərhad Əhmədovun İngiltərədəki işlərindən xəbərdar olan və sosial şəbəkə vasitəsi ilə ədaqə saxladığımız soydaşımızın bildirdiyinə  görə, prosesin arxasında Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri dayanır. Soydaşımız bildirir ki, əslində bu məhkəmə prosesi Əhmədovun Avropadakı mülklərinə həbs qoyulması üçün bir səbəbdir. Çünki Qərbin xüsusi xidmət orqanları hesab edir ki, Fərhad Əhmədovun mal varlığı və dövriyyədə olan pulları əslində Rusiyanın xüsusi xidmət orqanının pullarıdır.

Bir zamanlar Fərhad Əhmədova yaxın olan mənbəmiz bildirir ki, Fərhad Əhmədovun Rusiya xüsusi xidməti orqanı ilə əlaqələrinin izinə düşən Britaniya kəşfiyyatı Mİ-6 inkar olunmaz faktlar toplaya bilib. Rusiyada mühüm postlarda çalışmış, möcüzəli şəkildə qəfildən milyarderə çevrilmiş, Putinin çevrəsinə yaxınlığı şübhə doğurmayan Fərhad Əhmədov qəflətən Londonda peyda olur və Putunun düşməni, yəhudi əsilli böyük iş adamı və siyasətçi  Boris Berezovski ilə yaxınlaşmağa başlaması çoxdan ingilis xüsusi sevvisinin diqqətini cəlb edib. Berezovski ilə Fərhad Əhmədovun yaxın dosta çevrilməsi də ingilis servisinin həmişə diqqət məkəzində olub.
 
Bu dostluqdan müəyyən müddət sonra Berezovski müəmmalı şəkildə dünyasını dəyişməsi də diqqətə alınmaqdadır. O zaman İngiltərə mətbuatında Berezovskinin ölümündə Rusiya xüsusi xüsusi xidmət orqanlarının əli olduğu yazılırdı. Xatıladaq ki, Putinin düşməni olaraq bilinən Boris Berezovski öz villasında, vanna otağında mühafizəçiləri tərəfəindən ölü tapılmışdı və bu hadisəyə intihar süsü verilmişdi.

İddia olunur ki, bu qətl də təbii olaraq Fərhad Əhmədov barədə ingilis servisində müxtəlif suallar doğurub. Putinin düşməni ilə dostluq edərək Rusiyada böyük biznes imperiyasını idarə etmək mümkündürmü? Əlbəttə, yox. Elə isə necə olur ki, Putinin düşməni ilə canbir qəlbdə olan cənab Əhmədov  RF-yə istədiyi vaxt əlini-qolunu sallayaraq gedib-gəlir, biznesini yürüdür və ona “gözün üstdə qaşın var” deyən olmur və Berezovski öləndən sonra Britaniyadakı biznesini Rusiyaya köçırır?

Qeyd edək ki, Azərbaycan mətbuatında da bir neçə ay əvvəl Əhmədovun Rusiya kəşfiyyatının Azərbaycanda hakimiyyət dəyişikliyi planına daxil olduğu barədə yazılar getmişdi. Yazıdakı faktlar F. Əhmədov tərəfindən yalanlansa da, təkzib inandırıcı görünməmişdi. İddialara əsaslandırılmış cavablar verilməmişdi. Qaynağımız qeyd edir ki, Britaniya xüsusi xidməti Fərhad Əhmədovun Kremlin antiazərbaycan planına daxil olduğu barədə də əsaslı informasiyalara malikdir və bu materialları azərbaycanlı həmkarları ilə bölüşüblər. 

Mənbəmizin deməsinə görə, Britaniya hüquq-mühafizə orqanları  Fərhad Əhmədovun offşor hesablarını da incələməyə başlayıb. Hələ ki, onun həbsi barədə qərar qəbul olunmayıb. Əmlakının bir hissəsi ədalətsizcəsinə də olsa keçmiş xanımının əli ilə  ondan alınmış, digər hissəsinin də alınması istiqamətində iş gedir. Bundan sonra isə ola bilər ki, Fərhad Əhmədov İnterpolun qırmızı bülleteni ilə axtarışa verilsin və milyarder iş adamı Rusiyanı tərk edə bilməsin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ülviyyə TAĞIYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar