Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya yeni sanksiyalara duruş gətirə biləcəkmi?

Con Kerri yeni sanksiyaların anonsunu verdi; Böyük Britaniya da bu prosesə qoşula bilər


ABŞ-ın dövlət katibi Con Kerri yaxın bir neçə gün ərzində RusiyaSuriyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyinin anonsunu verib. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib. 

“Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriləcək”, - deyə C.Kerri bildirib.

Bundan  əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki,  ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə SuriyaRusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Göründüyü kimi, son 3 ildə sanksiyalara məruz qalan Rusiya hələ də bu təzyiqlərdən qurtula bilmir. Diqqətçəkən məqam odur ki, şimal qonşumuz sanksiyalar qarşısında nəinki duruş gətirməyi bacarır, hətta dünyada həyata keçirməyə çalışdığı siyasətini davam etdirir. Suriya məsələsindən əl çəkmir, Ukrayna və Gürcüstan siyasətini davam etdirir. Ekspertlər hesab edirlər ki, bu hal çox uzun sürməyəcək və şimal qonşumuz sanksiyalar qarşısında uzun müddət duruş gətirə bilməyəcək. Rusiyaya daxil olan muxtar vilayətlər və respublikalar daxilində sanksiyalar davam edərsə, müstəqillik meyllərinin arta biləcəyi vurğulanır. 

Politoloq Qabil Hüseynli hesab edir ki, sanksiyalar Rusiyanı xeyli zəiflədib: “Rusiyada böyük şirkətlər ölkəni tərk ediblər. Yaxınlarda maliyyə naziri elan etdi ki, Rusiyanın ehtiyat fondu tükənib. 2017-ci ildə Rusiya Maddi Rifah Fondu deyilən fonddan istifadə etməyə başlayacaq. Bu fondun da miqdarı o qədər böyük deyil. Neftin qiymətinin qalxması müəyyən qədər nəfəs versə də, sanksiyalar daha dəhşətli ola bilər. Yeni sanksiyaların tətbiqi üçün kifayət qədər əsaslar var. Rusiya Ukrayna ilə Normand İttifaqında əməkdaşlıqdan imtina edib. Son vaxtlar Rusiya ABŞ-dakı prezident seçkilərinə kiber hücumlarla bağlı qınanır. Buna cavab olaraq, Amerika Rusiyaya qarşı kiber hücumlar anonsunu verib. Onu yəqin ki yaxınlarda həyata keçirəcək. Suriya məsələsində ortaya qoyulan mövqe də ABŞ tərəfindən qəbul edilmir. Yaxınlarda Lozannada keçirilən məsləhətləşmələr də nəticəsiz qaldı. Rusiyanın nüvə müharibəsinə hazırlaşması barədə xəbərlər, ölkədə nüvə yanacaqları tikintisinin sürətlənməsi, nüvə raketlərinin hücum vəziyyətinə gətirilməsi Qərbi, ilk növbədə də, Amerikanı narahat edir. Rusiya zahirən ayaqüstə görünsə də, sanksiyalar əhalinin maddi durumuna ciddi təsir edir. Bir neçə ildir ki, iqtisadi artım yoxdur. Hətta iqtisadi artımda azalmalar müşahidə olunur. Yalnız neft və qaz hesabına iqtisadi artımı tənzimləmək olur. Yeni sanksiyaların tətbiqi Rusiyada iqtisadiyyata ciddi zərbə olacaq”.

Politoloq Rusiyanın tərkibinə daxil olan respublikaları itirmək təhlükəsi ilə üzləşdiyini də qeyd etdi: “Belə arzular var. İqtisadi böhran nəticəsində həmin respublikalara dotasiyaların ayrılması xeyli azalacaq. Nəticədə əhalinin maddi rifahı getdikcə aşağı düşəcək. Amma nəzərə alaq ki, Rusiyanın daxili təhlükəsizlik qüvvələri kifayət qədər güclüdür. Hələ ki imperiya hədəflərini həyata keçirmək mümkün olur. Yeri gələndə cəza tədbirləri yolu ilə həmin respublikaların müstəqillik meylləri boğulur, imperiya hədəflərinə çatır. Respublikalara xaricdən verilən vədlər də sona qədər davam etdirilmir. Əgər bunlar olarsa, məqsədlər həyata keçə bilər”.

Q.Hüseynli üç il sanksiyalara davam gətirən şimal qonşumuzun qarşıdakı 3 ildə də duruş gətirə biləcəyini vurğuladı: “Putinin reytinqi yüksək olaraq qalır. Xüsusilə, xaricə yönəlik siyasət, Krımın qaytarılması, Gürcüstana hücum, Ukraynada qondarma respublikaların yaradılması, Suriyadakı məlum duruş əhali arasında Putinin reytinqini sabit şəkildə saxlayır. Amma eyni zamanda ölkədə iqtisadi çətinliklərdən doğan narazılıqlar artmaqdadır. Amma bu narazılıqların qarşıdan gələn prezident seçkilərinə təsir edəcəyi qənaətində deyiləm”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar