Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada azərbaycanlı İŞİD-çi həbs edildi


Murad Nəcəfov 5,6 il müddətinə azadlıqdan məhrum edilib


Rusiyada İŞİD terror qruplaşmasına qoşularaq Suriyada döyüşlərdə iştirak etmiş Rusiya vətəndaşı olan azərbaycanlı Murad Nəcəfova hökm oxunub. 

Ans pressin məlumatına görə, Moskva hərbi məhkəmə kollegiyasının Ufada keçirilən iclasında həmyerlimiz 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qruplaşmanın tərkibinə qatılan Nəcəfov döyüş patrul nəzarətində olan ərazilərin qorunması, nəqliyyat və sənədlərin yoxlanılmasını həyata keçirərək Suriya silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib”, - deyə Federal Təhlükəsizlik Xidmətinin mətbuat şöbəsinin rəhbəri bildirib.

Nəcəfov 2015-ci ilin mayında Türkiyə ərazisində saxlanılıb. Türkiyə tərəfi miqrasiya məsələləri ilə bağlı onu deportasiya edib və Rusiyaya geri göndərib. Rusiya hüquq-mühafizə orqanları onun haqqında məlumat alan kimi şübhəli şəxs Ufa aeroportunda həbs edilib və ona qarşı cinayət işi qaldırılıb.

Mətbuat xidmətinin rəhbəri həmçinin onu da əlavə edib ki, Nəcəfov məhkəmə iclası zamanı öz günahını etiraf edib, sürülən ittihamlarla razılaşıb və törətdiyi əmələ görə səmimi peşmanlıq keçirdiyini deyib. 

23 yaşlı Murad Nəcəfov Azərbaycanda doğulub. Lakin o, Rusiyanın Orenburq vilayətində yaşayıb. 2014-cü ildə könüllü olaraq Suriyaya gedərək İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar